Azərbaycan İnformasiya Agentliyi (AİA)


ANAMA-dan Xızı rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat


Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:
08 Yanvar 2018-ci il tarixində partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 102 ədəd partlamamış hərbi sursat (PHS), 338 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 244 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 260 400 kv.m (26.04 ha) ərazi yoxlanılmışdır.
Ümumiyyətlə, 109 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilmiş, 24 443 ədəd partlamamış hərbi sursat (PHS), 16 399 ədəd partlamış-yanmış sursat qalıqları və 93 027 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 77 780 069 kv.m (7 778 ha) ərazi yoxlanılmışdır.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır.


0 0



Şərhlər (Facebook)