Azərbaycan İnformasiya Agentliyi (AİA)


Laçınlı döyüşçülər mükafatlandırıldı - FOTO


Torpaqlarımızın azdlığı və müdafiəsi uğrunda vuruşan bir qrup laçınlı döyüşçü mükafatlandırılıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi təsis etdiyi "Vətən naminə " medalını döyüşçülərə birlyin Laçın Rayon Şöbəsinin sədri Babək Aslanov və Laçın Rayon icra Hakimiyyətinin əməkdaşı Akif Hüseynov təqdim ediblər.

Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışaraq göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə laçınlı döyüşçülər adından təşəkkür edib.

Qeyd edək ki, "Vətən naminə” medalı döyüşçülərdən - Çingiz Abbasov, İsabala Əsgərov, Əli Hümbbətov, Sahib Xasməmmədov, Zahid Məmmədova verilib./lacin.info


0 0



Şərhlər (Facebook)