Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səbail rayonu 1 saylı ərazi nümayəndəliyində ilin yekunları müzakirə olunmuşdur


Səbail rayonu 1 saylı ərazi nümayəndəliyində ilin yekunları müzakirə olunmuşdur

Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarının müzakirəsinə başlanmışdır. Bununla əlaqədar ilk hesabat iclası Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir. Rayonun mərkəz hissəsini əhatə edən təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2017-ci il ərzində rayonun mərkəz hissəsində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirmişdir ki, ötən il nümayəndəliyin ərazisində 20 həyətə 3500 kv asfalt döşənib, Əhməd Cavad küçəsi 1, Adil İskəndərov 3/3, Nizami 78, İbrahim İbrahimli 7, Üzeyir Hacıbəyov 3, 4, 18, Zərifə Əliyeva 14, 17, Həsən Seyidbəyli 3, 4, 5 - ümumilikdə 40 ünvanda 7500 kv dam örtüyü təmir olunub, 700 p/m ümumi istifadə sahəsi şüşələnib, 65 qapı, 40 pəncərə dəyişdirilib, balansda olan binalarda 3000 p/m tüstü bacaları təmizlənib.
RİH tərəfində Abbasqulu Abbaszadə küçəsindəki həyətdə yeni “Abad məhəllə” yaradılması ilə bağlı işlər həyata keçirilir.
Ötən il Formula – 1 yarışları ərəfəsində Xaqani, Üzeyir Hacıbəyov, Puşkin küçələrində və burada yerləşən binaların fasad və dam örtüklərində təmir işləri aparılmış, hazırda Bülbül prospekti, Rəşid Behbudov, Əhməd Cavad və s. küçələrdə bir sıra binaların fasadları təmir olunur.
Bu gün mərkəz ərazidə Dənizkənarı Milli Parkda "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, Zərifə Əliyeva küçəsində yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, Milli Təhlükəsizlik Xidməti Səbail rayon İdarəsinin yeni inzibati binasının tikintisi, İncəsənət muzeyinin əsas binasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin binasının əsaslı təmiri davam edir.
Şəhərin mərkəz hissəsində köhnə yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı pilot layihələrə əsasən Rastropoviçlər küçələrində yeni bina tıkıntisi ilə bağlı müasir layihələr işlənib təsdiq olunub və artıq icraya başlanıb.
Ötən il nümayəndəlik ərazisində bir neçə iməclik və ağacəkmə aksiyaları keçirilmiş, mərkəzdə Üzeyir Hacıbəyov küçəsi, Neftçilər və Parlament prospektləri, ərazidəki park və istirahət bağlarında salınmış yaşıllıqlar zonasında böyük miqdarda dekorativ gül kolları əkilərək burada gözəl kompozisiyalar yaradılmışdır.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. Abit Əliyev 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki, RİH tərəfindən qəsəbə və yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq, qəsəbədaxili yolların təmiri, su və kanalizasiya sistemləri yenidən qurulması, qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işaqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.
Yığıncaqda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.


0 0



Şərhlər (Facebook)