Azərbaycan İnformasiya Agentliyi (AİA)


11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda ŞOK - FOTO


11 yaşlı oğlanın qaraciyərindən nəhəng qurd çıxarıldı - Azərbaycanda ŞOK - FOTO

Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası - Exinokokk vardır. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparıldı.

Azerbaycaninfo.az medicina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacardı.

Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.

Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.


0 0



Şərhlər (Facebook)