Azərbaycan İnformasiya Agentliyi (AİA)


7 ildə 100 minə yaxın ailə boşandı


Dövlət Statistika Komitəsinin bu gün yaydığı məlumata görə, 2017-ci ildə ölkəmizdə 14 514 boşanma faktı qeydə alınıb.

AzVision.az ölkə üzrə son 7 ildə baş verən boşanma hallarının statistikasını araşdırıb. Məlum olub ki, 2010-cu ildən 2017-ci ilə qədər boşanmaların sayında artım müşahidə olunur.

Belə ki, 2010-cu ildə boşanma hallarının sayı 8,9 min, 2011-ci ildə 10,7 min, 2012-ci ildə 11 min, 2013 ildə 11,7 min, 2014-cü ildə 12,1 min, 2015-ci ildə 12,8 min, 2016-ci ildə 13,1min, 2017-ci ildə isə 14,5 min olub. Ümumilikdə isə 7 il ərzində 94 min 850 ailə boşanıb


0 0



Şərhlər (Facebook)