Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan yeni silahlar istehsal edəcək – SİYAHI


2017-ci ildə müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1200-ə çatıb.

Azerbaycaninfo.az-ın məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2018-ci ildə aşağıdakı yeni məmulatların da istehsalı mümkün olacaq.

Bunlar müxtəlif çaplı patronlar, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, yeni 12,7 mm-lik snayper tüfəngi, xüsusi təyinatlı əl pulemyotu, patrul maşını, döyüş surtastları üçün partladıcılar, müxtəlif çaplı lülələr, artilleriya və tank topları üçün mərimilərin gövdə və gilizləri, avtomatik topdur.

Nazirlər Kabinetinin hesabatı parlamentin martın 16-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.


0 0



Şərhlər (Facebook)