Azərbaycan İnformasiya Agentliyi (AİA)


Space Tv-nin əməkdaşlarına hücum çəkildi - Kamera qırıldı + VİDEO


Space Tv-nin "Olar? Olmaz!" verilişinin bu dəfə ki buraxılışı dönər ətləri ilə bağlı olub. Aparıcı Amil Xəlil dönər satılan məntəqələrə üz tutaraq ətin haradan gətirildiyini və həmin əraziyə yollanmaq istədiyini bildirib.

Aparıcı dönər sexlərinə görə yaxınlaşdığını dəfələrlə satıcılara bildirir. Dönər satışı ilə məşğul olanların əksəriyyəti bu barədə məlumatı gizlədib.

Çəkiliş vaxtı sahibkarlardan biri aparıcıya qarşı zor tətbiq edərək çəkilişə mane törədib. Daha sonra eyni əməl operatora qarşı edilib.

Hadisə digər kamera vasitəsi ilə lentə alınıb və "Olar? Olmaz!" verilişində tamaşaçılara təqdim edilib. Sahibkar kameranı sındırmaqla bərabər çəkilişin davam etməsinə də mane olmağa çalışıb.



0 0



Şərhlər (Facebook)