Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kanter öz ölümünü videoya çəkdi: dəhşət…


Kanter öz ölümünü videoya çəkdi: dəhşət…
Ukraynalı rejissor Leonid Kanter öz ölümünü videoya çəkib.

Kult.az xəbər verir ki, bunu Ukrayna polisinin mətbuat katibi Yaroslav Trakalo bildirib. Onun sözlərinə görə, hüquq mühafizə orqanlarının əməkdaşları videoyazını cinayət işinin materiallarına qoşub və ekspertizaya göndəriblər.
“Silah və videoçəkiliş olduğu üçün məhkəmə-tibbi ekspertizasının ilkin nəticəsi onun bu yolla intihar etdiyini təsdiqləyir”, – deyə Trakalo bildirib.

O, həmçinin etik normalara görə, videoyazının ictimaiyyətə təqdim olunmayacağını da deyib.

Qeyd edək ki, Leonid Kanter 1981-ci ildə Kiyevdə anadan olub. Ukraynanın Milli Telekompaniyasında teleaparıcı işləyib. 2003-cü ildə “Lizard-films” kinostudiyasının əsasını qoyub. Studiya qısa müddətdə 50-dən çox qısametrajlı və sənədli film çəkib. Kanterin 2014-2015-ci illərdə Donetsk aeroportu uğrunda gedən döyüşlər və 2016-cı ildə Donbasda həlak olan opera müğənnisi Vasili Slipak barədə çəkdiyi filmləri dünyada məşhurluq qazanıb.


0 0



Şərhlər (Facebook)