Azərbaycan İnformasiya Agentliyi (AİA)


BakuNews.az-ın tənqid etdiyi ''əməl saleh''ə Bakı Baş Gömrük idarəsində vəzifə verildi


Avtonəqliyyat Baş Gömrük idarəsində çalışan Rövşən Nəbiyevə Bakı Baş Gömrük idarəsində yeni vəzifə verilib. Xatırladaq ki, bir neçə gün öncə BakuNews.az-a daxil olan məlumatda bildirilirdi ki, Avtonəqliyyat Baş Gömrük idarəsində "8-ci pəncərə teoriyası"nın yaradıcısı Rövşən Nəbiyev idarədəki dövlət tərəfindən təchiz edilmiz bütün elektron aparatların fəaliyyətinin dayandırılmasına da nail olub. Xatırladaq ki, məlumatda Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənlinin ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal addımlar atdığı da qeyd edilmişdi. Belə ki, ilin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma həzrəti Hüseyn müəllim bir yox, düz üç dəfə 70% əlavə edir. Və bu işdə də onun ən böyük məsləhətçisi Rövşən Nəbiyevdir. Məlumatda qeyd edilmişdi ki, yeni rəhbər təyinatından sonra Avtonəqliyyat Baş Gömrük idarəsində bu məsələyə etiraz edənlərə idarənin girişindəki elan göstərilir. "Vətəndaşların nəzərinə Avtonəqliyyat Baş Gömrük idarəsinin növbətçi hissəsində yerləşən idarənin daxili qaynar xətti gün ərzində xidmətinizdədir. tel:100". Lakin əsl məzhəkə bundan sonra başlayırdı. Yəni elan yapışdıranlar girişdə daxili zənglər üçün telefon aparatı qoyulmayıb. Elə isə bəs şəxs etirazını kimə, necə bildirsin. "Mən rəislə görüşmək istəyrəm" - deyə iddia edənlərə etiraz belə edilməyən idarədə isə şikayətçinin toxunulmadan bezdirilməsi, yəni müəyyən edilən rəqəmə razılaşdırılması taktikası da var. Həmçinin qeyd etmək yerinə düşər ki, idarə rəisinin görüş günləri müəyyən edilməyib. "Rəis məşğuldur, gözləyin vaxtı olan kimi sizi qəbul edəcək" - xəbərdarlığından düz 4-5 saat sonra qəlbinə Həsən Nüseynli şikayətçini qəbul edir. Lakin bu zaman da komik durum yaranır. Avtonəqliyyat Baş Gömrük idarəsinin qiymət müəyyənedici şəxsi Rövşən Nəbiyev rəisin otağına dəvət edilir. Hər kəsin "kalkluyator Rövşən" dediyi şəxs isə dövlətin müəyyən etdiyi rəqəmi deyil, rəisinə lazım olanı idxalçıya təqdim edir. Yuxarıda qeyd edildiyi kimi isə idarə dövlət tərəfindən ən müasir hesablama aparatları ilə təchiz edilsədə, aparatlardan istifadə imkanları məhduddur. Bu gün BakuNews.az-a daxil olan məlumtda bildirilir ki, Rövşən Nəbiyevin Bakı Baş Gömrük idarəsinə yeni təyinatından sonra aparatlar artıq normal vəziyyətə qaytarılıb. Sual olunur görəsən Rövşən Nəbiyevin hansı xüsusiyyətləri Bakı Baş Gömrük idarəsinin yeni rəisi İsmayıl Hüseynovun xoşuna gəlir. Əslində sualın özündə bir cavab var. Axı İsmayıl Hüseynov bir neçə gün əvvələ qədər Avtonəqliyyat Baş Gömrük idarəsinin rəisi idi. Deməli Rövşən Nəbiyev məhz onun kadrıdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevin islahatlarına barmaqarası baxan bu tandem əslində ölkə qanunlarını da çeynəyirlər. Xatırladaq ki, ölkə başçısının bu sahədəki qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq Sərəncamı da var. Amma şahidlərin bildirdiyinə görə həmin Sərəncam Avtonəqliyyat Baş Gömrük İdarəsində sadəcə işləmir. Rövşən Nəbiyevin "verxuşkaya" aparılması ilə isə problem bilərəkdən daha da böyüdüldü. İsmayıl Hüseynovun Rövşəni Bakı Baş Gömrük idarəsinə gətirməsi buradada Avtonəqliyyat Baş Gömrük idarəsinin olan "canlı kalkluyator" sisteminin tətbiq ediləcəyi xəbərini verməkdədir.

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən idarə və şəxslərində mövqeyini dərc edə bilər.


0 0



Şərhlər (Facebook)