Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qaynı İcra başçısının adından vətəndaşın 33500 manatını mənimsəyib - ŞİKAYƏT


Bakı sakini Masallı rayon icra başçısı və qaynından şikayətçidir.

Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küç. ev-8 ünvanında yaşayan Əsgərov Mirəsgər Mirəşrəf oğlu Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynovun qohumu tərəfindən aldadıldığını deyir.

O bildirib ki, icra başçısının qayını İsa Babayev ondan 33.500 manat pul alaraq aradan çıxıb.

M. Əsgərov Arqument.Az-a deyib ki, icra başçısının da bu olaydan xəbərdardır. Belə ki, o, İsa Babayevun pulu ondan alarkən məbləğini icra başçısı ilə dəqiqləşdirdiyini deyir:

"Hörmətli Rafil müəllimə demək istəyirəm ki, 2014-cü ildə tanış olub dostluq etdiyim, əslən Bərdə rayonundan olan qaynınız Babayev İsa Rza oğlu 2016-cı ilin dekabr ayında Sizin vasitənizlə kiçik qardaşımın düşdüyü problemi həll edəcəyinə söz verib. O bu işə görə məndən 33.500 (otuz üç min büş yüz) manat pul alıb və və bu günə kimi pulumu da qaytarmayıb, həmçinin işi də həll etməyib. Hətta bir neçə dəfə mənim yanımda sizinlə mobil telefon vasitəsi ilə danışmasının, problem yaşayan kiçik qardaşımın ad və soyadını deməsinin və məbləğin qədərini Sizə bildirməsinin canlı şahidi olmuşam! Lakin bir müddət keçəndən sonra Sizin adınızdan küllü miqdarda əmlakımı dələduzluq yolu ilə ələ keçirib mənimsəyən qaynınız İsa Babayev məndən qaçıb gizlənməyə, telefon zənglərimə cavab verməməyə başlayb. Mənim İsa Babayevə nə səbəblə, nə qədər pul verməyimi və bu məsələdə sizin adınızın hallanmasını bu yaxınlarda həbs edilmiş digər Nizami adlı qohumunuz və ümumi dostumuz olan Savalan dəqiqliklə bilir...", - Əsgərov bildirib.

M. Əsgərov icra başçısına müraciət edərək pulunu geri istəyib: "Artıq həyat yoldaşınızın doğma qardaşı Babayev İsa Rza oğlu istifadəsində olan mobil telefon nömrələrini qapadıb aradan çıxıb. Dostluq münasibəti və sizin mötəbər vəzifə sahibi olduğunuz üçün hələ də bu məsələni hüquq müstəvisində həll etmək fikrində deyiləm. Sizin mövqeyiniz, məsələyə müdaxilənizi gözləyirəm. Xahiş edirəm ki, sizin adınızdan məndən alınan külli miqdarda pulun ödənilməsi və qaynınız Babayev İsa Rza oğlunun yerinin müəyyən olunaraq tapılması üçün mənə köməklik edəsiniz".

Masallı rayon icra başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova bu məsələ ilə bağlı Arqument.Az-a danışmaq istəməyib.

"Biz belə məsələlərə telefonda cavab vermək istəmirik. Vətəndaşın şikayəti varsa, bizə rəsmi müraciət etsin", - o bildirib. Istinad:My Webpage


0 0



Şərhlər (Facebook)