Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qubada baş verən faciəvi hadisə ilə bağlı icra başçısından şok açıqlama


Qubada bir nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə bağlı xəbər vermişdik.

Baş verən hadisə ilə bağlı Bizimyol.info – nun əməkdaşı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə əlaqə saxlayıb. O, hadisə haqda olduqca qəribə danışaraq, qəzet və sayt oxumadığını bildirib.

“Siz bu haqda məlumat almaq istəyirsiniz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur… Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram”. – deyə icra başçısı bildirib.

Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq “Bu barədə məlumatlısınızmı, hadisə hansı səbəbdən baş verib” sualına icra başçısı “aha…aha…” deyərək dəstəyi asıb.


0 0



Şərhlər (Facebook)