Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nazir Fizuli Ələkbərov iki mərkəzin fəaliyyətini yoxlayıb


Nazir Fizuli Ələkbərov iki mərkəzin fəaliyyətini yoxlayıb

Nazir Fizuli Ələkbərov iki mərkəzin fəaliyyətini yoxlayıb

Nazir Fizuli Ələkbərov iki mərkəzin fəaliyyətini yoxlayıb

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov, Nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, habelə ixtisaslaşmış QHT-lərin nümayəndələri tərəfindən Sumqayıt şəhərində İcma Əsaslı Reabilitasiya Xidmətləri Mərkəzinin və Sumqayıt Uşaq İnkişaf Mərkəzinin fəaliyyətlərinə baxış keçirilib. Qeyd edək ki, Sumqayıt şəhərində İcma Əsaslı Reabilitasiya Xidmətləri Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 05 iyun 2013-cü il tarixindən «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin «Məişət zorakılığına məruz qalmış uşaqların reabilitasiyası» layihəsi çərçivəsində fəaliyyət göstərir. Layihə çərçivəsində xidmətlər Sumqayıt şəhəri və eləcə də ətraf qəsəbə və kəndlərdə (Corat, Saray, Novxanı) yaşayan, məişət zorakılığına məruz qalmış 3-18 yaşlı uşaqları və onların ailələrini əhatə edir. Ötən müddət ərzində layihə haqqında aidiyyəti dövlət qurumları, yerli icmaların nümayəndələri və kütləvi informasiya vasitələri məlumatlandırılıb, məişət zorakılığına məruz qalmış uşaqların ailələrinə səfərlər edilib. Cari ilin iyun- sentyabr ayları ərzində 80 nəfər uşaq xidmətə götürülüb və onlara ehtiyaclarına uyğun olaraq, kompleks sosial xidmətlər göstərilir. Xidmətlərə psixodiaqnostika, fərdi psixoterapiya, psixoloji konsultasiya, sosial-psixoloji treninq, qrup terapiyaları, ailələrin sosial problemlərinin həlli ilə bağlı aidiyyəti orqanlara müraciətin təşkili, hüquqi məsləhətlərin verilməsi, uşaqlar və onların ailələri üçün təlimlər daxildir. Layihə çərçivəsində fəaliyyət yerli icra hakimiyyəti, bələdiyyə, polis, sosial müdafiə, təhsil, səhiyyə, gənclər və idman qurumları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Sumqayıt Uşaq İnkişaf Mərkəzi isə 2001-ci ildən «Kaspian Psixi» sağlamlıq mərkəzinin nəzdində yaradılıb. 2001-ci ildən 2012-ci ilə qədər Açıq Cəmiyyət İnstitutunun maliyyəsi ilə fəaliyyət göstərən bu mərkəz həmin müddət ərzində 400 nəfərədək uşağa xidmət göstərib. 2012-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə fəaliyyətini davam etdirən Sumqayıt Uşaq İnkişaf Mərkəzinin xidmətləri ötən ilin may-dekabr aylarında 123 uşağı əhatə edib. Cari ilin iyun ayından isə mərkəz Uşaq Serebral İflici (USİ), autizm, hiperaktiv diqqət defisiti, Ümumi İnkişaf Geriliyi, Əqli gerilik, Rinolaliya və digər xəstəlikləri olan 45 uşağa reabilitasiya xidmətləri göstərir. Baxış zamanı hər iki mərkəzdə çalışan işçilər tətbiq olunan reabilitasiya metodları barədə ətraflı məlumat veriblər. Uşaqların valideynləri dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinin tətbiq olunmasının səmərəli vasitə olduğunu qeyd edərək, belə tədbirlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» 09 yanvar 2013-cü il tarixli Sərəncamının icrası məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmətlərin göstərilməsi üçün 15 prioritet istiqamət üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün müsabiqələr elan edilib. Müsabiqələrdə qalib gələn 19 ixtisaslaşmış təşkilat tərəfindən Bakı şəhəri daxil olmaqla ölkənin 30 şəhər və rayonunda layihələrin icrasına başlanılıb. Layihələr təxminən 2400 nəfər uşağı və onların ailələrini əhatə edir.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)