Azərbaycan İnformasiya Agentliyi (AİA)


Milli Bankın Mərkəz direktorunu NURÇUlarla nə bağlayır?


Milli Bankın Mərkəz direktorunu NURÇUlarla nə bağlayır?
Milli Bankın Mərkəz direktorunu NURÇUlarla nə bağlayır?
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Hüseynov Emin Zamin oğlu ilə bağlı ilginc məlumatlar daxil olub. Daxil olan məlumatlarda, Azərbaycan Respublikası Mərkəzi Bankın tədqiqatlar və inkişaf Mərkəzinin baş direktotu, Prezident Administrasiyasının siyası təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun yaxın dostu, Azərbaycanda “Nurçular” hərəkatının təşkilatçılarından hesab edilən Emin Hüseynov Nurçuların ölkəmizdəki maliyyə dəstəyində önəmli yer tutduğu bildirilir. Emin Hüseynov eyni zamanda vaxtı ilə Fərhad Əliyevin də ən yaxın adamlarından biri olmuşdur. Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişində günahkar bilinərək həbs edilmişdi...
Emin Hüseynov kimdir?
Qısa tərcüməyi-halı:1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 1996-1998-ci illərdə ABŞ-ın Florida Ştatı Universitetinin iqtisadiyyat üzrə magsitraturasını bitirmişdir. Əmək fəaliyyətinə 1998-ci ildən Dünya Bankının ölkə ofisində iqtisadçı vəzifəsilə başlamışdır. 2001-2003-cü illərdə BVF-nun Bakıdakı Daimi Nümayəndəliyində iqtisadçı vəzifəsində çalışmışdır. 2003-2005-ci illərdə Dünya Bankının Bakıdakı ofisində ölkə üzrə iqtisadçı vəzifəsində işləmişdir. 2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və statistika departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2009-cu ildə Harvard Universitetinin ictimai idarəetmə üzrə magistraturasını bitirmişdir. 2010-cu ilin fevral ayında Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır. Ailəlidir. Daxil olan digər məlumatda isə deyilir ki, Nurçular hərəkatının maliyə işlərinə hal-hazırda Emin Hüseynov rəhbərlik edir. Banklardan pulların köçürülməsi və digər əməliyyatlar icra edən şəxsdir. Biləsuvarda Çağ oyrətim mərkəzini açan birinci şəxs və onun meneceridir...
Movzuya qayıdacağıq bizi izləyin. - See more at: http://azerinews.tv/index.php?newsid=8628#sthash.haMlakL8.dpuf


0 0



Şərhlər (Facebook)