Azərbaycan İnformasiya Agentliyi (AİA)


«Aristokrat» Tibb Mərkəzində baş həkim və heyyətinin firıldaqları


«Aristokrat» Tibb Mərkəzində baş həkim və heyyətinin firıldaqları
Dərman firmalarından pul alan onları aldadan mərkəzin rəhbərliyi ortalığı qarışdırıb .Azərbaycanda fəaliyyət göstərən «Aristokrat» Tibb Mərkəzi dərman firmalarını aldatmaqda ittiham olunur. Bu barədə verilən məlumatda deyilir ki, Mərkəzin rəhbərliyi öncədən həmin firmaların nümayəndələri ilə anlaşaraq, onlara pul müqabilində dərmanlarını satacağını vəd verib. Məlumatda deyilir ki, həmin firmalarla anlaşan Tibb Mərkəzinin rəhbərliyi qarşılığında hər bir firmadan 100 manat pul da alıb. Qeyd olunur ki, həmin pulu aldıqdan sonra onlara müraciət edən xəstələrə sözügedən firmaların dərmanlarından yazmağı boynuna götürmüş «Aristokrat»ın rəhbərliyi sonradan sözünə əməl etməyib. Nəticədə, ondan artıq dərman firması ilə Tibb Mərkəzinin rəhbərliyi arasında mübahisə yaranıb.Verilən məlumatda o da deyilir ki, ötən günlərdə hətta dərman firmalarından birinin əməkdaşları ilə Tibb Mərkəzinin rəhbərliyi arasında münaqişə də yaşanıb. Bu zaman «Aristokrat»ın başçısı vədinə əməl etməmək üçün bəhanə də gətirib ki, guya, həmin pul almış həkimləri işdən çıxarıb. Bəzi həkimlərin isə onlarda işləmədiyini belə iddia edib. Tia.az.Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


0 0



Şərhlər (Facebook)