Azərbaycan İnformasiya Agentliyi (AİA)


Avtomatlaşdırılmış rejimdə 356 vətəndaşa pensiya təyin edilib


Avtomatlaşdırılmış rejimdə 356 vətəndaşa pensiya təyin edilib

İki ay ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) avtomatlaşdırılmış rejimdə 356 vətəndaşa pensiya təyin edib ki, onlardan 135-i Bakı, 221 nəfəri isə regionlarda yaşayır. Trend-in məlumatına görə, bu barədə DSMF-nın sədri Səlim Müslümov Bakıda keçirilən mühasib və auditorların IV Avrasiya forumunda çıxışı zamanı bildirib.DSMF əmək pensiyalarının avtomatlaşdırılmış rejimdə təyin olunmasına bu ilin iyul ayının birindən başlayıb.Trend-in məlumatına görə, Səlim Müslümov bildirib: "Son illər aparılan dinamik islahatlar nəticəsində Azərbaycanın pensiya-sığorta sistemi müasir, avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərir. Belə ki, DSMF tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 21-ə çatıb və "elektron hökumət" portalının statistikasına görə, onlar əhali arasında ən çox istifadə olunan xidmətlər siyahısındadırlar".
Müslümovun sözlərinə görə, icbari sosial sığorta üzrə yığımların avtomatlaşdırılması fərdi uçot sisteminin tətbiqilə mümkün olub: "Bu gün fərdi uçot sistemi ilə 2,62 milyon nəfər əhatələnib. Bu sistem nəticəsində DSMF MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq pensiya təyinatını avtomatlaşdırıb".
Onun sözlərinə görə, ölkədə təqaüdçülərin 99,5 faizi pensiyalarını plastik kartlar vasitəsilə alırlar. Bu məqsədlə ölkədə 701 bankomat fəaliyyət göstərir ki, onlardan da 159 ölkə regionlarında kəndlərdə və qəsəbələrdə quraşdırılıb.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)