Azərbaycan İnformasiya Agentliyi (AİA)


19 yaşlı qız Adnan Oktarın andını pozdurdu


19 yaşlı qız Adnan Oktarın andını pozdurdu
Ötən ay Azərbaycan mediasında adı tez-tez hallanan Adnan Oktar verdiyi sözə əməl etməyib. Türkiyənin A9 telekanalında yayımlanan və tanınmış din xadimi Adnan Oktar (daha çox Harun Yəhya imzası ilə tanınır) aparıcılıq etdiyi verilişi oğlanlarla təqdim edəcəyini bildirmişdi. Lakin ötən günkü proqramda o, bu sözünə əməl etməyib və verilişinə 19 yaşlı Viktoriya adlı qızı qonaq çağırıb.Əvvəllər proqramında "kedicik" adlandırdığı xanımlarla söhbətlər edən Adnan Oktar, Türkiyənin baş nazirinin müavini Bülənt Arınçın ona söz atmasından sonra efirə oğlanlarla çıxacağını söyləmişdi. "Qızlar artıq proqrama çıxmayacaq. Biz burda İslamı izah edirik. Çox bilirsənsə, gəl otur, islamdan sən danış. Başqa televiziya kanallarında da dəkolteli xanımlar var, onlara da bir şey söyləsənə." - deyə Adnan Oktar proqramında Arınça qəzəbli mesajını çatdırmışdı.


0 0



Şərhlər (Facebook)