Azərbaycan İnformasiya Agentliyi (AİA)


Balaca körpənin ağzını lentləyən tibb bacısı


Balaca körpənin ağzını lentləyən tibb bacısı
Dünya fillipinli tibb bacısının vəhşiliyindən danışır. Ailəm.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Fillipində tibb bacısı çox səs salan körpəni susdurmaq üçün ağılasığmaz bir yola əl atıb. Balaca körpənin ağzını lentləyən tibb bacısı bütün ölkənin etirazına tuş gəlib.Sosial mediada paylaşılan bu foto bütün dünyanı şoka salıb. Hadisənin daha qorxunc tərəfi isə bunu edənin xəstəxanada çalışan bir tibb bacısı olmasıdır.Tibb bacısı özünü müdafiə edərək, körpənin ağzını çox səs saldığı üçün bağladığını deyib.Qorxunc hadisənin şahidi olan körpənin atası niyə belə etdiyini soruşanda, tibb bacısı “çünki uşağınız çox qışqırır” deyib.
Tibb bacısı ilə bağlı cinayət işi açılıb.


0 0



Şərhlər (Facebook)