Azərbaycan İnformasiya Agentliyi (AİA)


DYP-nin 28 əməkdaşı korrupsiyaya görə cəzalandırıldı


DYP-nin 28 əməkdaşı korrupsiyaya görə cəzalandırıldı

2013-cü ilin birinci yarısında Azərbaycan Yol Polisinin 475 əməkdaşı inzibati məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Yol Polisi Baş İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovnik-leytenantı Kamran Əliyevin Gün.Az-a verdiyi xəbərə görə, onlardan 28 nəfəri korrupsiyaya görə cəzalandırılıb.
“40 polis əməkdaşı insan haqlarını pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub, 11 nəfər tutduğu vəzifədən azad edilib, 17 əməkdaş isə ümumiyyətlə daxili işlər orqanlarından çıxarılıb.
Ümumilikdə yol polisi əməkdaşları tərəfindən yol verilən hər qanun pozuntusu faktına görə ciddi təhqiqat aparılır və müqəssirlər cəzalandırılacaq” - deyə K.Əliyev bildirib. "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)