Azərbaycan İnformasiya Agentliyi (AİA)


İsmayıllıda körpü uçdu


 İsmayıllıda körpü uçdu

Uçqun nəticəsində İsmayıllı rayonunun Mehmanxanlı çayı üzərindəki körpüdən keçən maşın asılı qalıb
Bu gecə Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində,İsmayaıllı rayonunun Mehmanxanlı çayı üzərindəki körpü uçub. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Bu zaman yük maşını ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb. Hazırda hadisə yerinə xilasedicilər cəlb olunub. Körpüdə hərəkət tam dayandırılıb. Nəqliyyat vasitələrinin hərəkəti üçün İsmayıllı rayonunun Yekəxana kəndi ərazisindən alternativ yol verilib. Qeyd edək ki, körpünün ümumi uzunluğu 31 metr, eni isə 7 metrdir.Qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə ərazidə texniki xidmət sahəsinin işçiləri çalışır.


0 0



Şərhlər (Facebook)