Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əli Nağıyev yol qəzasına düşdü


 Əli Nağıyev yol qəzasına düşdü

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini yol qəzasına düşüb.
APA-nın məlumatına görə, hadisə ötən gün saat 17.00 radələrində Türkiyə səfirliyinin qarşısında qeydə alınıb. İçərisində Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyevin olduğu “Toyota Camry” markalı maşın başqa bir avtomobillə toqquşub. Qəza nəticəsində Ə. Nağıyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya hadisəni təsdiqləsələr də, bu barədə əlavə açıqlama verilməyib.
Qeyd edək ki, Ə. Nağıyevin qəzaya düşdüyü maşın onun xidməti avtomobili olub.
Avtomobili isə sürücüsü idarə edib.


0 0



Şərhlər (Facebook)