Azərbaycan İnformasiya Agentliyi (AİA)


16 yaşlı Aydanın öldürdüyü qız otaq yoldaşı imiş


16 yaşlı Aydanın öldürdüyü qız otaq yoldaşı imiş

Bakıda 16 yaşlı qızın həmcinsini qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub

Azerbaycaninfo.com lent.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Aydan Xəlilova özündən 7 yaş böyük olan Şəms Nəhmədovanı mübahisə zəminində öldürüb.

Bəlli olub ki, qızlar bir müddət imiş ki, Binə qəsəbəsində kirayədə tutduqları mənzildə yaşayırmış. Tüfeyli həyat tərzi keçirən qızlar konkret heç bir yerdə oxuyub-işləməyib. A.Xəlilovanın atası bir müddət əvvəl dünyasını dəyişib, anası isə Zaqatalada yaşayır. Qətlə yetirilən 23 yaşlı qız isə ailəsi Bakıda yaşamasına baxmayaraq, evdən çıxıb və kirayədə yaşamaq qərarına gəlib.

Olaya gəlincə, dünən axşam saatlarında hələlik dəqiqləşməmiş səbəbdən qızlar arasında mübahisə olub. Mübahisə zəminində 16 yaşlı qız bıçaqla otaq yoldaşının ürəyinə bir zərbə endirib.

Araşdırmalar davam etdirilir.


0 0



Şərhlər (Facebook)