Azərbaycan İnformasiya Agentliyi (AİA)


“TARİXİN SINAQLARINDA: ƏDİB VƏ ƏDƏBİYYATŞÜNAS”


“TARİXİN SINAQLARINDA: ƏDİB VƏ ƏDƏBİYYATŞÜNAS”
AMEA Mərkəzi Elmi Kitabxanasını mətbuat xidmətindən "Azerbaycaninfo.com"a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada (MEK) “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyi böyük şair və dramaturq Hüseyn Cavid və görkəmli alim, tənqidçi Məmməd Arif Dadaşzadənin yaradıcılığına həsr olunmuş “Tarixin sınaqlarında: ədib və ədəbiyyatşünas” adlı elmi, ədəbi-bədii tədbir keçirib. MEK-in təşkilati dəstəyi ilə keçirilən tədbirdə ictimai birliyin sədri Sevda Cəfərova giriş nitqində tədbirin mövzusu ilə bağlı əsas məqamlara toxunub. Hər iki şəxsiyyətin həyatında və taleyində kəsişən anları xatırladıb. Filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Bədii və ədəbi-nəzəri yaradıcılıqda ictimai-siyasi quruluşa münasibət problemi”, filologiya elmləri doktoru, professor Cəlal Qasımovun “Totalitar mühit və milli ziyalı düçüncəsi”, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Məmməd Arif Dadaşzadənin fəaliyyəti arxiv materiallarında” adlı məruzələri dinlənilib. Tədbirin növbəti hissəsində əməkdar incəsənət xadimləri, bəstəkar Rəşid Səfər və müsiqişünas Zümrüd Dadaşzadə H.Cavid və M.Arif yaradıcılığında musiqinin yerindən, həmçinin bu il 95 yaşı tamam olmuş bəstəkar Ərdoğan Cavidin əsərlərindən söz açıblar. Daha sonra Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, əməkdar artistlər Nərgiz Kərimova, Eyyub Yaqubov, Bakı Musiqi Akademiyasının dosenti Məleykə Əhədzadə, Famil Əliyev və digər musiqiçilərin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Gənc pianoçu Vurğun Vəkilov ilk dəfə Ə.Cavidin anası Mişkinaz xanıma ithaf etdiyi “Naxçıvan mənzərələri” silsiləsindən olan pyeslər ifa edib. Tədbir iştirakçıları H.Cavid və M.Arifin həyatını, zəngin və çoxcəhətli yaradıcılığını müxtəlif aspektlərdən əks etdirən fotoslaydlarla tanış olublar.
“TARİXİN SINAQLARINDA: ƏDİB VƏ ƏDƏBİYYATŞÜNAS”
“TARİXİN SINAQLARINDA: ƏDİB VƏ ƏDƏBİYYATŞÜNAS”


0 0



Şərhlər (Facebook)