Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həsən Şirinovun qovulması ilə bağlı açıqlama


Həsən Şirinovun qovulması ilə bağlı açıqlama
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib

Azerbaycaninfo.com xəbər verir ki, idarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb:

“Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”.

Qeyd edək ki, virtualaz.org saytı Həsən Şirinovun prezidenti müşayiət etmək hüququndan məhrum olması ilə bağlı məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, hadisə dekabrın 26-da prezidentin korteji metronun “Koroğlu” stansiyasının yaxınlığından keçərkən baş verib. Plana görə, prezident korteji hərəkətin məhdudlaşdırıldığı küçələrdən keçməli imiş. Lakin H.Şirinovun səhvi ucbatından karvan başqa küçəyə burulub. Bu isə kortejin uzun tıxacın yaşandığı küçəyə dönməsi ilə nəticələnib. Prezident İ.Əliyevin korteji isə tıxacda qalıb.


0 0



Şərhlər (Facebook)