Azərbaycan İnformasiya Agentliyi (AİA)


İlham Əliyevdən məhkəmə sədri ilə bağlı sərt qərar


İlham Əliyevdən məhkəmə sədri ilə bağlı sərt qərar

"Azerbaycaninfo.co" xəbər verir. “Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə...”
Prezident İlham Əliyev Qazax Rayon Məhkəməsinin hakimi və sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi və sədri İlham Qubad oğlu Nuriyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin”.


0 0



Şərhlər (Facebook)