Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hansı jurnalistlər deputatlığa namizəd olacaq?


Hansı jurnalistlər deputatlığa namizəd olacaq?
Qarşıdan parlament seçkiləri gəlir
Rəsmi seçki hazırlığına start verilməsə də, artıq iddiaçılar öz mövqeyini ortaya qoyur, seçkilərdə iştirak edəcəyinə dair anons verirlər.
Editor.az bu dəfə ölkə jurnalistlərinə müraciət edərək, onlardan seçkilərdə iştirak edib-etməyəcəyinə dair münasibət öyrənib.
Gun.az portalının əməkdaşı Kamil Həmidov seçkiyə qatılmayacaq: “Xeyr, iştirak etməyəcəm. Qeyd edim ki, 2005 və 2010-cu il seçkilərində namizədliyimi bir neçə siyasi qurum irəli sürmüşdü. Ancaq onlara minnətdarlığımı bildirib, seçkilərdə iştirak etmək fikrində olmadığımı bildirmişdim. Bu dəfə də dəyişən bir məsələ yoxdur, böyük ehtimalla iştirak etməyəcəm”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy bu barədə qərar vermədiyini deyir: “Hələki bu barədə qərar verməmişəm. Zamanı gələndə qərar verəcəyik”.
“Reytinq” qəzetinin baş redaktoru Afiq Mirzəbəyli də konkret qərara gəlməyib: “Zamanı gələndə qərara verərik. Hələki bu barədə bir söz deyə bilmərəm”.
Region televiziyasının əməkdaşı İsmayıl Həsənov seçkilərdə iştirak etməyəcək: “Yox, belə bir niyyətimm yoxdur”.
Azerbaycaninfo.com portalının baş redaktoru Subut Mehtiyev Hələ qərar qəbul etməyib.
Xeber1.az portalının baş redaktoru Səbuhi Abbasov parlament seçkilərində iştirak edəcək: “Bu barədə danışmaq tez olsa da, seçkidə namizəd kimi iştirakı nəzərdə tuturam. Hesab edirəm ki, parlament gəncləşməli, müasir innovativ və texnoloji imkanları geniş olan, eyni zamanda cəmiyyətdə fəal mövqeyi ilə seçilən gənclər parlamentdə təmsil olunmalıdırlar. Bu baxımdan mən də öz namizədliyimi irəli sürəcəm”
Azxeber.com portalıın baş direktoru Əfsələddin Ağalarovun sözlərinə görə, istəsə də seçkidə iştirak edə bilməz: “Deputatlığa namizəd olmaq üçün minmimum yaş həddi 25-dir. Mənim isə 24 yaşım var. Ona görə, namizəd ola bilmərəm”.
Bizimxeber.az portalının baş redaktoru Ədil Hüseynli seçkilərdə iştirak etməyəcək: “Belə bir fikrim yoxdur. Seçkilərdə namizəd olmaq niyyətində deyiləm”.


0 0



Şərhlər (Facebook)