Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bir gündə 51 cinayət hadisəsi baş verib


Bir gündə 51 cinayət hadisəsi baş verib

Respublikanın daxili işlər orqanları tərəfindən oktyabrin 10-da 51 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb. "azerbaycaninfo.com" xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 11 nəfər tutulub.

Orxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)