Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Kriminal aləmdə yeni hesablaşma: “Şakro”, “Taro”, “Lənkəranski”


"Kriminal aləmdə yeni hesablaşma: “Şakro”, “Taro”, “Lənkəranski”
Moskva ətrafında gözlənilən “oğru sxodkası” nəyi həll edəcək?
Kriminal aləmin nümayəndələri Moskvada “Şakro Molodoy” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun başçılığı altında yeni böyük “sxodka” hazırlığına başlayıblar. Toplantıda kriminal aləmin “oğru” titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr planlaşdırılır. Görüşdə 300-ə yaxın “qanuni oğru”nun iştirak edəcəyi gözlənilir.Yığıncaqda Tariyel Onianinin (“Taro”) keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan “müharibə” haqqında müzakirələr aparılacaq.

Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani - “Taro” 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. Oniani “oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-cı illərdə o, Moskvada ən nüfuzlu “qanuni oğru” kimi tanınıb. “Taro”nun slavyan qruplaşmasının lideri “Yaponçik”lə arasında həmişə problem olub. 2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdikləri irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü “vor zakon” həbs edilsə də, “Taro” polisdən gizlənə bilib. Amma bu əməliyyatda “Şakro Molodoy” həbs edilib ki, o da sonradan Oniani ilə konfliktə girib. 2009-cu ildə Oniani Rusiyada hüquq-mühafizə orqanlarının əlinə keçib. Oniani məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilib. Bundan sonra həm “Yaponçik”in, həm də “Ded”in ölümündə əsas suçlular sırasında onun da adı çəkilir. “Moskva sxodkası”nda verilən qərarlara Oninianin də mövqeyi həlledici olacaq. Qeyd edək ki, yanvarın 6-da Ermənistanın Kotayk vilayətində “vor zakon”ların toplantısı keçirilməsi barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, “Şakro” “sxodka”da 2008-ci ildən başlayaraq “qanuni oğru” adının verilməsində özbaşınalıq olduğunu deyib. “Sxodka”da belə bir qərar qəbul olunub ki, son 6 ildə “tac” almış “oğru”ların titulu sual altına alınsın “Sxodka”da azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”), Georgi Uqlava (“Taxi”) və Cemal Mikeladzenin (“Cemo”) “qanuni oğru” adı müzakirəyə çıxarıldığı və hətta azərbaycanlı “qanuni oğru”nun titulundan məhrum edildiyi deyilirdi. Lakin sonradan məlumat yayıldı ki, İrəvan yaxınlığında keçirilən “sxodka”da iştirak edən nüfuzlu “vor zakon”lar, eləcə də “Şakro Molodoy” “Rövşən Lənkəranski”nin və “Cemo” ləqəbli Cemal Mikaladzenin “vor” titulundan məhrum edilməsinə qarşı çıxıb. “Şakro” mövqeyini belə əsaslandırıb ki, “vor zakon”un taleyi onun özünün iştirakı olmadan həll edilə bilməz. Ötən ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxılan 61 yaşlı yezidi kürdü “Şakro Molodoy” çoxdandır ki, belə bir geniş tərkibli “sxodka” təşkil etməyə çalışır. Çünki Rusiya kriminal aləminin “xaç atası” sayılan “Ded Xasan”ın boş qalan taxt-tacına yiyələnmək iddiasında olan “Şakro Molodoy” mütləq gücünü göstərməlidir. “Ded Xasan”dan sonra xüsusilə onun yaxın qohumları olan yezidi kürdlər klanın əvvəlki nüfuzunu qorumağa çalışsalar da, buna nail ola bilməmişdilər. Üstəlik, klan liderinin qətlindən ötən müddətdə onun qanı da yerdə qalıb. Yeri gəlmişkən, “Ded Xasan”ın qətli üzrə əsas şübhəli olan 12 aprel 1981-ci ildə anadan olmuş Ülfət Tağıyev (“Rüfət Gəncinski”) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib. Amma o hələ İstintaq təcridxanasında qalmalı olacaq. Belə ki, kriminal avtoritetin qətli üzrə istintaq davam edir. 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları onu Moskvada saxlayıblar. O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib. Əməliyyatçıların məlumatına əsasən o, “Rövşən Lənkəranski”yə yaxın əhatəsinə daxil idi və o, 2012-ci ildə Dubayda “qanuni oğru” adı almışdı. “Tağıyev uzun müddət ”Ded Xasan"ın əsas düşməni olan “Rövşən Lənkəranski”nin bandasının “ştatda olan” killeridir “ nəşrə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib. Qeyd edilir ki, ”Rüfət Gəncinski" “Ded Xasan”ın qətlinin sifarişçilərinin adını deməkdən imtina edib. “Rövşən Lənkəranski”nin harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib.savash.org


0 0



Şərhlər (Facebook)