Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əsl məqsədimiz


Əsl məqsədimiz
Hal-hazırda bütün dünyada ümumi bir böhran var. Dünya ölkələrinin əksəriyyətində iqtisadi problemlər, işsizlik səviyyəsinin kəskin yüksəlməsi, fabrik və zavod işçilərinin aclıq aksiyaları və s. kimi xəbərlərlə hər gün qarşılaşırıq. Daha da acınacaqlısı hər gün İraqda partladılan bombalar, Suriyadakı vətəndaş müharibəsi, Misirdəki qarışıqlıqlar, Çindəki zülm nəticəsində ölən və şəhid olan milyonlarla insanın xəbəri gəlir. Dünyada inkişaf dayanıb. İstər musiqi, istər rəssamlıq, istərsədə əksər sənət sahələrində artıq böyük sənətkarlar yetişmir. Biz hələdə yüz il əvvəlki sənət əsərlərini təqlid edirik.
Digər tərəfdən də təbii fəlakətlərin sayı və gücü dünya tarixində görünməmiş dərəcəyə çatıb. Gücünə sadəcə son yüzillik və minilikklərdə rastalanacaq dərəcədə güclü təbii fəlakətlər adi hal almağa başlayıb. Bütün bu qarışıqlıqları düşündükdə həqiqətəndə dünyanın çox ciddi bir böhran içində olduğu aydın olur.
Bəs bütün bunların səbəbi nədir? Bunlar necə aradan qaldırıla bilər?
Əslində hər şeyi ən incə detallarına qədər araşdırdıqda bütün bu sadaladıqlarımın əsasında səbəbkar kimi yenə insan özü dayanır. Çünki insanlıq uzun müddət əvvəl sevginin əvəzinə nifrəti seçdi. İnsanların bir-birini heyvan olaraq görməsini təmin edən materialist nəzəriyyələr insanların bir-birini məhv etməsinə və insanların bir-birinə düşmən olmasına səbəb oldu. Və əsası təkamül fərziyyəsinə dayanan bu materialist nəzəriyyələr nəticəsində insanlar arasında nifrət, şiddət və mübarizə hakim oldu. Nəticədə isə milyardlarla insan qətl edildi, milyonlarla insan şikəst qaldı. Dünyanın nizamı elə pozuldu ki, hələdə bərpa etmək mümkün olmur. Çünki hələdə insanlar arasında nifrəti hakim edən bu təkamül əsaslı materialist nəzəriyyələr bütün dünyada hakimdirlər. Lakin bu son deyil. Həqiqət hər zaman qalib olur. Elmi olaraq təkamül fərziyyəsinin əsası olmadığı üçün ondan qaynaqlanan hər cür iqtisadi quruluşların, siyasi rejimlərin sonu labüddür. Buna çox az qalıb.
Son zamanlarda bir sıra nüfuzlu elmi mənbələr də dünyadakı bu vəziyyətin əslində bir keçid dövrü olduğunu təsdiq etdilər. Bir çox elmi mənbədən Günəşin çox qəribə bir şəkildə maqnit sahəsinin dəyişələcəyi ilə bağlı xəbərlər çıxdı. Bu xəbərlərdə elm adamları Günəşdəki dəyişikliklərin dünyadakı yeni bir dövrün başlanğıcı olduğunu vurğuladılar. Hətta bəzi alimlər bu keçidi “Qızıl Əsrin başlanğıcı” adlandırdılar. Bu yeniliklər eyni zamanda həll yolunun olacağına və böhranların sona çatacağına işarədir.
İnsanlar bütün bu böhranlardan, müharibələrdən, qarışıqlıqlardan çıxmaq üçün səmimi olaraq Yaradılış məqsədini düşünməli və yaradılış məqsədi üçün yaşamalıdırlar. Belə olan təqdirdə insanlar arasında sevgi bağı qurula bilər və bunun sayəsində dünya bu böhran və bataqlıqdan çıxa bilər.İnsanların bir-birini sevməsi, dəyər verməsi, fərqli fikirlərə, inanclara hörmətlə yanaşması dünyada sevgi əhval-ruhiyyəsinin yaşanmasına səbəb ola bilər ki, buda nifrətin sona çatıb müharibələrin və qarşıdurmaların bitməsinə səbəb olar. Mən insanlığın bir “sevgi müəlliminin” başçılığı altında bunu edə biləcəyinə inanıram. Çünki bu ədalətli sondur. Həqiqət hər zaman qalib gəlir. Bu Allahın bizə vədidir və mütləq olacaqdır. Mən sülh, barış, sevgi, mərhəmət, mehribançılıq dini olan İslamla sevginin dünyaya hakim olacağına və insanlığın “sevgi müəllimi” vasitəsilə sevginin, elmin, incəsənətin, müasirliyin, təmizliyin hakim olduğu çox gözəl bir Qızıl Əsrə qədəm qoyacağına inanıram.

Nəzakət


0 0



Şərhlər (Facebook)