Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Azdrama”nın direktoru naziri “vurdu”


“Azdrama”nın direktoru naziri “vurdu”

Israfil Israfilov Mikayıl Cabbarovun qərarını pislədi. «Axırda uşaqlar gedib ya vəhhabilərə qoşulacaq, ya da internet klublarda vaxt keçirəcəklər» “Deyirdim ki, Misir Mərdanov hissə qapılıb belə bir qərar verib. Amma yeni təhsil naziri də məktəb direktorlarını yığıb və onlara qəti şəkildə tapşırıb ki, teatrlara bilet satmayın. Neyləyəsən bu təhsil naziri ilə? Özü də cavan adamdır”. Teleqraf.com xəbər verir ki, bu sözləri Akedemik Milli Dram Teatrının direktoru Israfil Israfilov yeni mövsümün açılışı ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib. Yeni təhsil nazirindən şikayətçi danışan direktor onu narahat edən məqamlardan danışıb: “Axırda uşaqlar gedib ya vəhhabilərə qoşulacaq, ya da internet klublarda vaxt keçirəcəklər. Məktəbdə yaxşı dərs keçmirlər, heç müəllim özü Mirzə Fətəli Axundzadəni tanımır, heç olmaya qoyun uşaqlar bizim tamaşalara baxsınlar. Onu da deyim və yazın, bizim varlı təbəqə teatra gəlmir. Bütün problemlər bir qırağa amma cəmiyyətin teatra münasibətinin yaxşı olmaması böyük dərddir”.


0 0



Şərhlər (Facebook)