Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qadınların cəmiyyətin hər sahəsində azad olmaları Quranın bir əmridir


Qadınların cəmiyyətin hər sahəsində  azad olmaları Quranın bir əmridir

Nəzakət Bədirova

Quran əxlaqı yaşanmadığına görə, İslam ölkələrində qadınlar cəmiyyət tərəfindən xeyli əziyyət və təzyiqlərə məruz qalırlar. Çünki bu ölkələrdə xurafatçı zehniyyət Quranın əksinə qadınları yalnız təmizlik işləri görən, qulluq edən aşağı səviyyəli varlıq kimi görürlər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətləri və qabiliyyətinin onun fiziki cəhəti ilə mütənasib şəkildə daha məhdud olduğuna inanırlar. Məsələn, cəmiyyətdə "kişi işi" və ya "qadın işi" deyə seçilən işlər vardır. Bütün bu deyilənlərə görə bir çox cəmiyyətlərdə qadınlar xoşbəxt deyillər. Əlbəttə, səmimi iman gətirənlər Allah`ın qadınlara verdiyi dəyəri bilir və qadınlarla bağlı bu xurafatlara heç vaxt inanmırlar. Həqiqətən də, fanatik adamların, xurafatçıların uydurduğu xurafatlara görə qadınlar kişilərdən guya daha aşağı dərəcəli varlıqlardır. Guya İslam adı altında xurafatçı məntiqdə olan bu adamlar qadını yarı insan kimi görməyə və göstərməyə çalışırlar. Məsələn, qadınlarla bağlı yalan sözləri guya Peyğəmbərimiz (s.ə.v.) söyləmiş kimi böhtan ataraq qadınlara qarşı pis rəftar edənlər belə vardır. Quranda qadınların namazı pozması ilə bağlı hökm yoxdur və Peyğəmbərimiz(s.ə.v.) də Qurana uyğun gəlməyən belə bir sözü əsla söyləməz. Amma xurafatçılar guya qadınla iti və donuzu bir tutaraq müsəlmanları qadına dəyər verməyən və özlərindən uzaq tutan kəslər kimi göstərirlər
• "Namazı pozan şeylər qara it, eşşək, donuz və qadındır." (Səhihi Müslim, Salat 265; Tirmizi Salat 253/338 Əbu Davud, Salat, 110/720)
• "Ev xalqı qadının evdə qamçını, çubuğu görə biləcəyi bir yerdən asın. Çünki bu onları doğru yola gətirmək , tərbiyələndirmək üçün daha təsiredicidir." (Şövqəni, əl-Fevaid, Nikah, s. 137, h. 389/61)
Bu səhv düşüncəyə görə qadın elə bir varlıqdır ki, hər an guya uyğun olmayan bir hərəkət edə bilər, ağılı yaxşı çatmır, buna görə də, çubuğu həmişə hazır saxlayaraq qadını tərbiyələndirmək lazımdır. Bu yalan sözləri doğru deyə tətbiq edən bir cəmiyyətin qəddar və sevgisiz olacağı aydındır. Əslində Quranın şəfqət və mərhəmət ruhu ilə uyğun gəlməyən, həqiqətdən uzaq xurafatların cəmiyyətə iztirab verəcəyi də məlumdur.Aydındır ki, İslam ölkələrində qadınlarla bağlı xurafatçı düşüncə çox böyük bir təhlükə yaradır. Əlbəttə, fiziki cəhətdən bir qadının edə biləcəkləri ilə kişinin edə biləcəyi işlər bir-birindən fərqlənir. Ancaq bu fərq qadının ağıl və qabiliyyət cəhətdən də gücsüz olduğu mənasını verməz. Hal-hazırda qadınlar bir çox sahədə ağıl və bacarıqları ilə bu fikirin yanlışlığını sübut etmişlər. Quranda qadınların ağıl, bacarıq və idarə etmə güclərinə nümunə olaraq Səba məlikəsinə diqqət çəkilmişdir. Allah qadınların idarəçi ola biləcəyini "Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm." (Nəml Surəsi, 23) ayəsi ilə, qadınların çox doğru qərarlar verə biləcəyini isə "Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44) ayəsi ilə diqqət çəkmişdir.Unudulmamalıdır ki, ancaq qadınlar və gənclər cəmiyyətdə mümkün qədər azad şəkildə yaşadıqlarında sarsılmaz bir ölkədən bəhs edilə bilər. Bunun üçün xurafatçılıqdan ən çox zərəri çəkmiş qadınlara layiq olduqları dəyərin verilməsi, haqq və azadlıqlarının qorunması, ictimai həyatda və siyasətdə bərabər mövqe tutmaları əhəmiyyətlidir. Əgər qadınlar dinc və rahatdırlarsa, cəmiyyət də rahat olar.Quranda Allah Hz. Məryəmi (a.s.) bir bitki kimi yetişdirdiyini bildirərək qadınların zərif, təmiz və dəyərli olduğuna diqqət çəkib. Qadın haqqlarının ön plana çıxardılması, onlara diqqət, şəfqət, hörmət və sevgi göstərilməsi lazımdır. Qadınları "yarı insan" görən, onları alçaldan xurafatçı məntiqdəki insanların Quranla tamamilə ziddiyyət təşkil edən düşüncələri əvəzinə Səba məlikəsi nümunəsində olduğu kimi qadınlara cəmiyyətin hər sahəsində səlahiyyət verən bir sistemin mənimsənməsi çox vacibdir. Bu məqsədlə İslam ölkələrini idarə edən liderlərin müasir, baxımlı gənc qızlara, başı açıq, dekolte geyinən qadınlara, çarşaflı və hicablı xanımlara hörmət edən bir üslubun izlənməsi xurafatçı zehniyyətin dəyişməsi baxımından doğru yoldur. Qadınların cəmiyyətin hər sahəsində azad olmaları Quranın bir əmridir.İslam ölkələrinin az qala hamısına hakim olan Qurandan kənar qaynaqlara və xurafatlara söykənən səhv düşüncələrin İslam hesab edilməsi doğru deyil. İslam dünyasının sənət, elm və texnologiyadan geri qalmağının səbəbi İslamın əslinə və Quranın ruhuna tamamilə zidd olan xurafatçı zehniyyətdir. Buna görə də, İslam aləminin sənət, gözəllik və estetikaya da əhəmiyyət verməsi çox vacibdir. Müsəlmanlar müasirlikləri ilə hər kəsə nümunə olmalı və hər kəsi çox gözəl, təmiz və keyfiyyətli bir həyat şəklinə təşviq etməli, xüsusilə bu yöndə gənclərin də azadlıqlarını qoruyan bir siyasət izləməlidirlər. Azadlıqlar hər zaman müsəlmanların lehinədir, çünki əslində din azad şəraitdə yaşanar.




0 0



Şərhlər (Facebook)