Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Azəriqaz"ın əməkdaşları şişirdilmiş borc yazmaqla abonenti maddi ziyana salıblar


"Azəriqaz"ın əməkdaşları şişirdilmiş borc yazmaqla abonenti maddi ziyana salıblar

Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, mənzil 10-da yaşayan Verdiyev Eldar Yusif oğlu "azerbaycaninfo.com"a qzləşdiyi haqsızlıqlarla bağlı şikayət edib. Onun sözlərinə görə, hazırda yaşadığı mənzili bu ilin mart ayının 13-də alqı-satqı yolu ilə alıb: "Mən mənzili alanda dedilər ki, təbii qazdan istifadəyə görə tariflər üzrə 11 manat 80 qəpik borc var. Məbləğ kiçik olduğu üçün məsələni şişitmədim. Mənzili aldıqdan sonra 11 manat 80 qəpiklik borcu ödəyib çek aldım. Hətta mənə "Azəriqaz" İstehsalat Birliyinin yerli qaz istismarı sahəsindən bildirdilər ki, artıq borc silinib. Mən də arxayınlıqla öz işimi görməyə başladım".
Mənzilinin Smart-kart tipli qaz sayğacı olduğunu vurğulayan şikayətçi qey edir ki, mart ayından üzübəri hər ay karta yüklədiyi puldan 2-3 manat çıxılır. Araşdırma apararkən üzə çıxartdığı faktlardan şoka düşüb: "Yerli qaz istismarı sahəsindən deyirlər ki, guya mənim 11 manat 80 qəpik borcum var. Hər ay həmin pulun müəyyən qismi kartdan çıxılır. Mən omlara borcu ödədiyimi və bununla bağlı çekim olduğunu desəm də faydası yoxdur".
Eldar Verdiyev "Azəriqaz"ın əməkdaşları tərəfindən istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu və ona qəsdən maddi ziyan vuruldugunu bildirir: "Şişirdilmiş borc məni boğaza yığıb. Xahiş edirəm ki, pozulmuş istehlakçı hüququmun bərpası üçün mənə köməklik göstərəsiniz".
Artıq şikayətlə bağlı araşdırmalara başladığımız üçün nəticə barədə oxucularımıza məlumat verəcəyik.

Aydın, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)