Azərbaycan İnformasiya Agentliyi (AİA)


Leyla Əliyeva üçün özəl gün


Leyla Əliyeva üçün özəl gün
Bu gün prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür
Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. O, Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsinin dunya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib.
Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.
Leyla Əliyeva 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur.
2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.
2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.(azvision.az)


0 0



Şərhlər (Facebook)