Azərbaycan İnformasiya Agentliyi (AİA)


İmişlidə sakinlər mal-qaranı örüşə yox, bələdiyyənin qabağına yığdı-aksiya


Ötən gün səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq mal-qarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb. Onların etirazına səbəb əhalinin ümumi istifadəsində olan örüş sahəsinin satılmasıdır.Sakinlər "Azadlıq" radiosuna deyiblər ki, illərdir kəndin mal-qarası bu örüşlərdə otarılır.
"Örüş yerlərinin əldən çıxması kənd camaatının dolanışıq yeri olan mal-qarasını itirməyə gətirib çıxaracaq" - aksiya iştirakçılaır deyib.Kəndə polis və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib.Rayon rəhbərlyinin və yerli bələdiyyənin etiraz aksiyasında qaldırılan tələbə hansı reaksiyanı verdiyi hələ bəlli deyil.


0 0



Şərhlər (Facebook)