Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bəylər Əyyubovun hərbi komissar bacısı oğlu tutuldu


General Bəylər Əyyubovun bacısı oğlu, Lənkəran rayonunun hərbi komissarı Əqid Bayroyev saxlanılıb. Bu barədə məlumatı Musavat.com-a Lənkərandakı mənbələr verib.
İlkin məlumata görə, Əqid Bayroyev Masallıda tutulub. O, iştirak etdiyi toy məclisində dava salıb. Hadisə yerinə gələn polis əməkdaşları Bəylər Əyyubovun bacısı oğlunu saxlayıblar. O, hazırda Masallı rayon Polis İdarəsindədir. Qeyd edək ki, Əqid Bayroyev bundan əvvəl Mingəçevirin hərbi komissarı işləyib.


0 0



Şərhlər (Facebook)