Azərbaycan İnformasiya Agentliyi (AİA)


Xurafatçılar qadın düşmənidirlər


Xurafatçılar qadın düşmənidirlər

Nəzakət Bədirova

Xurafatçılıq Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığı İslamdan çox fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. İslam dini sevgini, dostluğu, qardaşlığı, sevinci, estetika, incəsənət və elmə əhəmiyyət verməyi, qadına layiq olduğu dəyəri verməyi, mərhəməti, qısaca desək, gözəl olan hər şeyi əmr edir. Xurafatçılıq isə xurafat və bidətlərlə dolu tamamilə başqa dini ortaya qoyur. Sevginin olmadığı, nifrətin və qəzəbin hakim olduğu, təmizliyə, incəsənət və elmə qarşı olan, sevincin və gözəlliklərin qadağan olunduğu, qadınlara və uşaqlara amansız qəzəb duyulan sistem şeytanın insanları din əxlaqından uzaqlaşdırmaq üçün meydana gətirdiyi bəladır.Xurafatçılar insana və heç bir canlıya dəyər vermirlər. Ruhlarında incəliyə, şəfqətə və mərhəmətə yer yoxdur. Bütün bunların nəticəsi olaraq xurafatçı, qadına da nifrət edir. Xurafatçıların başlıca cəhətlərindən biri də qadın düşməni olmalarıdır. Qadına üçüncü sinif varlıq münasibəti göstərmək xurafatçılığın əsas xüsusiyyətidir.Xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Qadınları ancaq təmizlik edən, xidmətçi varlıq kimi görürlər. Hətta qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar. Məsələn, cəmiyyətdə kişi işi və ya qadın işi deyə ayırd edilən məsələlər var. Əlbəttə, fiziki gücləri və quruluşları baxımından qadınların görə biləcəyi işlərlə kişilərinki fərqlənir. Ancaq bu fərq qadının ağıl və bacarıq yönündən daha gücsüz olması demək deyil. Dövrümüzdə qadınlar bir çox sahədəki bilik və bacarıqları iləbu ön mühakimənin əsassızlığını ortaya qoyurlar.
Xurafatçılar Quranda olmayanları İslam dininə daxil etməyə çalışır, öz xurafatlarına uyğun olmayan hökm və əmrləri inkar edirlər. Quranın sevgi, şəfqət, qardaşlıq və sülhü nəsihət etməsi, bütün gözəlliklərin təriflənməsi, incəsənətə və elmə təşviq edilməsi, qadınlara üstünlük verilməsi, qorunması onların qəzəbinə səbəb olur. Xurafatçı düşüncə tərzində kişinin üstün olduğu düşünülür. Ancaq Allahın Quranda bildirdiyi kimi, üstünlüyü qadın və ya kişi olmaqda, fiziki gücdə və ya başqa meyarda axtarmaq böyük aldanışdır.
Allah bir ayədə: ”… Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır. Ey təmiz ağıl sahibləri, Məndən qorxun! (Bəqərə surəsi, 197)” - şəklində buyuraraq insanlara dünyada əldə edəcəkləri ən xeyirli tədarükün təqva olduğunu xəbər vermişdir, yəni Qurana əsasən, insanlar arasındakı yeganə üstünlük ölçüsü təqvadır.Qadınlar Allahın yaratdığı çox mübarək və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır. Şeytan isə qadın düşmənidir və qadına nifrət edir. Darvinistlər, kommunistlər, faşistlər və xurafatçılar da qadına nifrət edirlər. Qadını üçüncü sinif varlıq kimi görürlər. Halbuki, qadınlar çox zəkalı, ağıllı, incədüşüncəli, incəsənətə meyilli gözəl varlıqlardır. Quranda xurafatçılar, münafiqlər, müşrik və saxtakarlarla bağlı çoxlu ayə var. Ancaq istər Quranda, istərsə də Peyğəmbərimizin (s.ə.v) hədislərində xurafatçıların Quran və hədislərə əsaslandırdığı qadınları alçaldan sözlərə və xurafata yer yoxdur. Unutmaq olmaz ki, hər xalqın arasında pislər var, qadınların da pisi Quranda münafiq adlandırılır və axirətdə eynilə münafiq kişilər kimi cəza çəkəcəkləri bildirilir. Ancaq xurafatçıların qadınların hamısını pisləyən, böyük qisminin cəhənnəmə gedəcəyini bildirən sözləri tamamilə xurafatdır və bu şəxslər Allahın adından yalan danışırlar.

Hörmətli Adnan Oktar qadınların dünyanın bəzəyi olduğundan bəhs edir

ADNAN OKTAR: Bizim aydın, təmiz zəkaya ehtiyacımız var. Təzyiq göstərdikdə beyin zərər görür, funksiyaları pozulur, bədbinlik əmələ gəlir. Kompyuterlərin enerjisi kəsildikdə bir işə yaramadığı kimi, bədbin insan da bir işə yaramaz. Xurafatçılıq insanın damarlarını qoparır. Sevinməyi, gülməyi qadağan edir. İnsan gülməlidir. Niyə gülməyi qadağan edirsiniz? Gülsün. Gənc qızları nəfəs almağa qoymurlar. Elə qanunlar qoyublar ki, qadını üçüncü sinif, insanlıqdan çıxmış, şübhəli varlıq kimi göstərirlər. Əslində, xristianların və yəhudilərin xurafatçıları da eyni düşüncədədirlər. Doğrusu, yəhudilərin içindəki xurafatçılardan da təsirləniblər. Bu gün baxıb təhlil etdim, həqiqətən, mənbəyi bir az da oradan gəlir. Qadınlar olduqca zəkalı və sevimli varlıqlardır. Özünün üstün olduğunu haradan çıxarmısan? Kişilərdə belə bir xüsus var. Gənc qız dostları olur, mütləq ondan ağıllı olduğunu iddia edirlər. Qadınların ağılsız olduğuna inanırlar. Halbuki, çox yaxşı bilirlər ki, bir qadın bir kişini yaxşı təhlil edir, ancaq bir kişi bir qadını asanlıqla anlamır. Qadın onun bütün cəhətlərini – zəif cəhətlərini, çatışmayan xüsusiyyətlərini, acizliyini görür. Qadın üstün varlıqdır, çox zəkalıdır. İncəsənətə, sevgiyə meyillidir. İnsanlar Allahın qadındakı təcəllisini görməlidirlər. Dünyanın ən gözəl bəzəyi qadındır. Qadın cənnət varlığı kimidir, qeyri-adidir, çox əxlaqlıdır. Əgər layiq olduğu dəyər verilərsə, qadın qeyri-adi sevgi göstərər, güclü incəsənət bacarığı üzə çıxar. Əgər kədərləndirsən, mənəvi olaraq çökər. Gözəlliyi də, sağlamlığı da gedər. Çünki qadın çox incə varlıqdır. Ona görə, Allah: “Bitki kimi yetişdirilən”, - deyərək Quranda ona diqqət çəkir. Bir çox insan qadına kobud davranır, təhqir edir, öz üstünlüyünü göstərir. Halbuki, insan zəka cəhətdən üstün olduğunu iddia edərsə, qadını əzməyə çalışarsa, qadın özünə hörmətini itirər, ondan sonra da məhv olar və bir işə yaramaz, Allah qorusun, gücü gedər. Ona görə, müsəlman müsəlmana xoş söz deməli, könlünü almalı, yaxşı, doğru, gözəl cəhətini vurğulamalı, sevgi göstərməlidir. Xoş söz vacibdir, həqiqətən, doğru olan, üstün xüsusiyyətlərini söyləməlidir. Xurafatçılar: ”Xoş söz deməyin”, - deyirlər. Xoş söz, sevgi, gülmək, ətrafa baxmaq, danışmaq qadağandır, bir sözlə: “Öl”, - deyirlər.


0 0



Şərhlər (Facebook)