Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yeni standartlar təsdiqləndi


Yeni standartlar təsdiqləndi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika (TK 11)” standartlaşdırma üzrə Texniki Komitəsi tərəfindən təqdim edilmiş AZS ГОСТ 22268-2012 “Geodeziya. Terminlər və təriflər”, AZS ГОСТ Р 51605-2013 “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər”, AZS ГОСТ Р 21830-2013 “Geodeziya alətləri. Terminlər və təriflər”, AZS ГОСТ Р 52438-2013 “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” dövlət standartları təsdiq edilmişdir. Standartların tətbiq vaxtı 1 noyabr 2013-cü il tarixindən müəyyən edilib. AZS ГОСТ 22268-2012 “Geodeziya. Terminlər və təriflər” standartı elm, texnika və istehsalatda geodeziya sahəsi uzrə tətbiq olunan əsas anlayışların termin və təriflərini muəyyən edir. Standartla muəyyən edilmiş terminlərin butun nov sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatlarında tətbiq edilməsi məcburidir. AZS ГОСТ Р 51605-2013 “Rəqəmsal topoqrafik xəritələr. Ümumi tələblər” dövlət standartı 1:10 000, 1:25 000, 1:50 000, 1:100 000, 1:200 000, 1:500 000 və 1:1 000 000 miqyaslı rəqəmsal topoqrafik xəritələrə qoyulan əsas tələbləri, onların yaradılma və yeniləşdirmə prosesinin, eləcə də, bu halda informasiya və proqram təminatından istifadə edilmələrin umumi tələblərini muəyyən edir. Bu standartın muddəaları təşkilati mənsubiyyətindən və mulkiyyət formasından asılı olmayaraq müvafiq orqan tərəfindən kartoqrafiya fəaliyyətinə (rəqəmsal topoqrafik xəritələrin yaradılmasına və yayılmasına) xususi razılıq (lisenziya) verilmiş Azərbaycan Respublikası ərazisindəki butun təşkilatlar, muəssisələr, sahibkarlıq subyektləri tərəfindən tətbiq edilməlidir.
AZS ГОСТ Р 21830-2013 “Geodeziya alətləri. Terminlər və təriflər” standartı elm, texnika və istehsalatda tətbiq edilən geodeziya alətlərinin əsas anlayışlarının termin və təriflərini muəyyən edir. Bu standartla muəyyən edilmiş terminlərin butun nov sənədlərdə, dərsliklərdə, dərs vəsaitlərində, texniki və sorğu ədəbiyyatlarında tətbiq edilməsi məcburidir.
AZS ГОСТ Р 52438-2013 “Coğrafi informasiya sistemləri. Terminlər və təriflər” standartı coğrafi informasiya sistemləri sahəsindəki anlayışların əsas termin və təriflərini muəyyən edir. Bu standartla muəyyən edilən terminlərdən istifadə standartlaşdırma muhitinə daxil olan və (və ya) bu işlərin nəticələrini istifadə edən butun nov coğrafi informasiya sənədləri və ədəbiyyatları ucun zəruridir.

Ayxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)