Azərbaycan İnformasiya Agentliyi (AİA)


Beyləqanda icra başçısı Vaqif Abdullayev "Azərsu" şefini təhqir etdi: Allah Qormaz Hüseynovun başına özü boyda daş salsın


Beyləqan rayon icra başçısı Vaqif Abdullayev özünün qalmaqallı həyatı və etdiyi hərəkətlərlə hər dəfə mətbuatın gündəminə gəlməkdə davam edir. İcra başçısının bir neçə dəfə içkili şəkildə idarə müdirlərini söyməsi, onlara qarşı fiziki təzyiq göstərməsi və bu kimi digər hərəkətləri ilə rayonda ad çıxartdığı isə artıq hər kəsə məlumdur.
Beyləqandan 7News.az-a daxil olan məlumata görə 4 noyabr tarixində icra başçısının qəbulu zamanı qalmaqal baş verib. Belə ki, hadisə ilə bağlı saytımızı məlumatlandıran mənbənin iddiasına görə vətəndaşları qəbul edib, onların problemlərini dinləyən və lazımı tədbirlərin görülməsi üçün tapşırıq verən Vaqif Abdullayev qəbulun sonunda ciddi şəkildə əsəbləşərək "Azərsu"ASC sədri Qorxmaz Hüseynovu ağır şəkildə söyüb.
Mənbəmizin iddiasına görə icra başçısının qəbuluna gələn ağsaqqal kişi Beyləqan şəhərinin daxili yollarının bərbad vəziyyətdə olduğunu və yağış yağanda heç cürə küçəyə çıxa bilməmələrini Vaqif Abdullayevə şikayət edib. İcra başçısı şikayət edən kişiyə yaxın zamanlarda küçələrinə qrabil töküləcəyini vəd edib. Şikayətçi isə “Cənab başçı! Bu küçələrimiz nə vaxt palçıqdan, biabırçılıqdan qurtaracaq?” sualını verib.
Qoca kişinin bu sualına isə Vaqif Abdullayev özünəməxsus şəkildə cavablandırıb. İcra başçısı şikayətçiyə "Allah Qormaz Hüseynovun başına özü boyda daş salsın, alçaqlar kanalzasiyanı yarımçıq qoydular, dəfələrlə rəsmi məktubla müraciət etsəmdə düzələcək cavabını verirlər" deyib. Görünür Vaqif Abdullayev artıq palçıqlı Beyləqanın vəziyyətindən çox əsəbləşib və günhakarı təhqir etməkdən başqa çarənin olmadığı ilə razılaşıb.
Mənbəmiz isə bildirir ki, rayon camaatının əksəriyyəti Vaqif Abdullayevin "Azərsu"nun kanalzasiya lahiyyəsindən özünə hesab aldığı və bəzi küçələr üçün ayrılan vəsaitləri mənimsədiyi danışılır. İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq ki, dəstəyi açan olmadı.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru, hazırda Beyləqan seçki dairəsində deputatlığa namizəd olan Tapdıq Abbas həmin rayonun icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin ünvanına sərt ittihamlar səsləndirmişdi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


0 0



Şərhlər (Facebook)