Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qaradağda məktəbli öz sinif yoldaşını güllələdi


Bakıda orta məktəbdə dəhşətli hadisə baş verib.Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Qəsəbədə yerləşən 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.Əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. (Qafqazinfo)


0 0



Şərhlər (Facebook)