Azərbaycan İnformasiya Agentliyi (AİA)


Haqq din - İslam


Haqq din - İslam

Nəzakət Bədirova

Müqəddəs kitablardan biri, Hz. İsaya (a.s) göndərilmiş İncil Quranda təsdiq edilir və təriflənir. Bəqərə surəsinin 136-cı ayəsində bildirildiyi kimi, müsəlmanlar “Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” deyərlər. Göründüyü kimi, Allah’ın endirdiyi kitabları bir-birindən ayırmaq olmaz.
Lakin yalnız müsəlmanların deyil, xristian və yəhudilərin arasında da dini əslindən uzaqlaşdırmağa çalışan, Allah’a imanın bəxş etdiyi şövq və sevgi əvəzinə cəhaləti və qan tökməyi mənimsətməyə çalışan bəzi radikal zehniyyətdə olan insanlar məzhəbçiliyi yəni, xalqlar və dinlər ayrı-seçkiliyini yaratdılar.
Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. (Bəqərə surəsi, 91)
Allah bu ayədə insanların müqəddəs kitablarda ayrı-seçkilik salacaqlarını açıq -aşkar bildirmişdir. Qurandan öncə göndərilmiş müqəddəs kitablarda öz mənfəətlərinə düşkün olan insanlar tərəfindən dəyişikliklər aparılmış və müəyyən hissələri gizlədilmişdir. Bir ayədə belə bildirilir:
Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! (Bəqərə surəsi, 159)
Xristian dostlarımız bu yazıdakı əsl məqsədi və hikməti çox yaxşı anlamalıdırlar. Bu məqalənin məqsədi xristianları tənqid etmək, onları pisləmək, İncili tamamilə etibarsız hesab etmək və xristian dinini ortadan qaldırmaq deyil. Burada, Qurana uyğun olmayan, İncilin yanlış şərhindən qaynaqlanan və xristianlığa sonradan əlavə edilmiş bidətlərə diqqət çəkilməkdədir. Səmimiyyətə, doğruya, yəni haqq olan İncilə bir dəvətdir. Həmçinin xristianlığı Hz. İsaya (a.s) vəhy olunan İncildə olmayan yanlışlıqlardan və batilllərdən təmizləmək və onlara həqiqi İncil hökmlərini göstərməkdir. Onların səmimi dindar olmaları, biz müsəlmanların da istəyəcəyi bir şeydir. Eyni zamanda üzərimizə düşən vəzifədir. Allah’ın Quranda " yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən" (Ali-İmran Surəsi, 104) əmrinə əsasən, bəzi xristianları fərqinə varmadan düşdükləri yanlışlıqdan uzaqlaşdırmaq, onlara doğrunu göstərməklə məsuluq. Buna görə də, bütün inananlar kimi xristianların da bu təhlükələrə qarşı xəbərdar edilmələri, Allah’ın buyurduğu haqq hökmlərə, ağla və məntiqə dəvət edilmələri olduqca vacibdir.
İncilin dəyişdirilməsi və gizli tutulması müxtəlif ixtilaflara, düşmənçiliyə, məzhəbçiliyə, dini ayrı-seçkiliyə və səhv inanclara yol açdı. Bu gün insanlar arasında sevgisizlik, irqçilik və digər insanlığa yaraşmayan əxlaqı çöküntü yayılıb. Hətta bəzi insanlar dinlərini dəyişməklə, məsələn, müsəlmandırsa xristianlığı qəbul etməklə məmnun qalacaqlarını düşünürlər. Biz heç kimsəyə dinini niyə dəyişdin deyə bilmərik. Allah’ın Qurani Kərimdə göstərdiyi ayəyə əsasən “Dində məcbur yoxdur” (Bəqərə 256). Məsələn, bir insana zorla İslam qəbul etdirilərsə, müsəlman deyil, münafiq olar. İstəksiz ibadət edər, göstəriş üçün namaz qılar, nəticədə əsəbi və nifrət dolu bir insana çevrilər. İslamdan, müsəlmanlardan nifrət edər. Amma insanların İslam dinini dəyişdirib başqa dinə təşviq olunması Qurana görə haramdır və İslama ziddir. Allah ayədə belə buyurmuşdur:
İslamdan başqa bir din axtaran şəxsdən, o (din) heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar. (Ali İmran surəsi, 85)
Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. (Maidə surəsi, 3)
Allah haqq din kimi yalnız İslamı seçib və bütün insanları bu dinə çağırır. Bu, ayədə açıq-açkar görünür. İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? (Saff surəsi, 7).
İslam son haqq dindir və Quran 1400 ildir heç bir dəyişikliyə məruz qalmamışdır. Allah’ın qorumasında olan Quran ayələri bu dinin yaşanması üçün kifayətdir. Qurana tam tabe olaraq yaşanan əsl İslam ilə güclü iman yaranar.


0 0



Şərhlər (Facebook)