Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan dilində yeni klaviatura hazırlanıb


Azərbaycan dilində yeni klaviatura hazırlanıb

Azərbaycan dilində olan yeni klaviatura düzülüşü “Windows” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib. “Microsoft Azerbaijan” şirkətindən verilən məlumata əsasən, təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub, hazırlanıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub. Öz növbəsində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşü “Microsoft Azerbaijan” şirkəti tərəfindən “Windows 8.1” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki, istifadəçilər istəyinə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər. Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)