Azərbaycan İnformasiya Agentliyi (AİA)


Müalicəvi bitkilər: oxuyun və öyrənin, gərəyiniz olar - Əməküməci yarpağı (Malva sylvestris)


Müalicəvi bitkilər: oxuyun və öyrənin, gərəyiniz olar - Əməküməci yarpağı (Malva sylvestris)

Rafiq CƏRULLAYEV, bioenergetik, psixoloq

Əməküməci bitkisi Azərbaycan torpaqlarında geniş yayılmış səbzə bitkisidir. Başqa yeməli bitkilər kimi əməküməci bitkisi də təzə halda istifadə olunur. Bu bitki bir çox xüsusiyyətlərə malikdir. Tərkibində uçucu yağlar, taninlər və sliz var. Əsasən xroniki qəbizlikdə geniş işlənir. Gülxətmi bitkisi kimi müalicəvi təsirə malikdir. Daxilən çay kimi yumşaldıcı, xaricdən ağızda qarqara, bitki kompresləri, vannalar etmək olar. Ağız boşluğunda, qırtlaq iltihabında faydalıdır. Mədə-bağırsaq iltihabında və xroniki bronxitlərdə yumşaldıcı vasitə kimi xeyirlidir.

Müalicəvi bitkilər: oxuyun və öyrənin, gərəyiniz olar - Əməküməci yarpağı (Malva sylvestris)

Boğazda badamcıq iltihabı, ağız quruluğu, səs tellərinin rahatsızlıqlarını aradan qaldırır. Əməküməci vannaları qəbul etdikdə bədəndə olan sınıqlar, əziklər, şişliklər və ağrılar tez bir zamanda sağalır. Quru öskürək və astma xəstəliklərində əməküməci ilə ögey ana yarpağı, şirin biyan kökü və andız kökü yaxşıca qarışdırılaraq gündə 3-4 dəfə (yeməkdən 1 saat öncə) 1/2 bardaq ilıq halda içilir.
Təzə bitkinin yarpaq və çiçəkləri əzilib çibanların və şişlərin üstünə sarğı halda qoyula bilər.
1 yemək qaşığı xırda doğranmış bitki 200 ml qaynanmış suda bir qədər saxlandıqdan sonra, 4-5 saat dəmlənir, süzülür, gün boyu 3-4 dəfə 1/2 bardaq ilıq halda içilir.
Vanna qəbulu: 100 qram xırda doğranmış bitki 2 litr qaynar suda dəmlənir və süzülür, vanna suyuna qarışdırılır.
15 dəqiqə əlin və ya ayaqların lazım olan yerə qədər ilıq suda qalması məsləhət görülür.


0 0



Şərhlər (Facebook)