Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bir gündə 75 cinayət faktı qeydə alınıb


Bir gündə 75 cinayət faktı qeydə alınıb

Oktyabrın 29-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 43-ü “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 13 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

Orxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)