Azərbaycan İnformasiya Agentliyi (AİA)


Müalicəvi bitkilər: oxuyun və öyrənin, gərəyiniz olar - Bədrənc bitkisi (Limon otu)


Müalicəvi bitkilər: oxuyun və öyrənin, gərəyiniz olar - Bədrənc bitkisi (Limon otu)

Rafiq CƏRULLAYEV, bioenergetik, psixoloq


Bədrənc bitkisi (Limon otu) (Melissa offisinalisl) aprel, may ayından başlayaraq çiçəkləyir, ən çox divar dibində, kölgəli və nəmli yerlərdə bitir. Limon otu həm sarı, həm də ağ çiçəkli olur. Çox vaxt gicitkan bitkisi ilə bir yerdə bitir. Tərkibində efir yağı, acı, qətran, selik, büzücü maddələr, orqanik turşular (olein, ursol, kofe), C vitamini və s. var.
Limon otu ən çox qadın xəstəliklərində, aybaşı zamanı gündə 2 dəfə səhər və axşam 2 stəkan içilir. Qantəmizləyici kimi uzun müddət istifadə etmək olar.

Müalicəvi bitkilər: oxuyun və öyrənin, gərəyiniz olar - Bədrənc bitkisi (Limon otu)


Əsəb xəstəliklərində gündə 3 dəfə 1-2 stəkan səhər, gündüz və axşam (yeməkdən 1 saat sonra) içilir. Ümumiyyətlə, bədrənc bitkisi böyrəyi xəstə olan adamlarda sidik ifrazı çətinlikləri, yanmaları olanda xeyirlidir, ürək narahatlığı ilə əlaqədar istifadə olunarsa, çox dəyərli bitkidir. Bitki çayı yaşlı adamlarda böyrək-sidik-cinsiyyət yollarında üşütmələr olanda çox yardım edir.
Hazırlanma qaydası: 1 yemək qaşığı 200 ml qaynar su ilə dəmlənir, süzülür və gün boyu içilir.
Kompress hazırlanmaq: 2 yemək qaşığı 0,5 litr qaynar su ilə dəmlənir və günboyu kompreslər qoyulur.
Çay kimi: limon otu qaraqınıq otu, dazıotu çiçəyi ilə bir yerdə qarışdırılıb, gündə 3 stəkan içilə bilər.


0 0



Şərhlər (Facebook)