Azərbaycan İnformasiya Agentliyi (AİA)


Yaxşını pis, həqiqətləri isə xəyal kimi göstərən şeytandır


Yaxşını pis, həqiqətləri isə xəyal kimi göstərən şeytandır

Nəzakət Bədirova

İnsanın düşməni olan şeytan qiyamət gününə qədər var gücü ilə insanları azdıracağına and içmişdir. İnsanları doğru yoldan ayırıb özü ilə birlikdə cəhənnəmə aparmaq üçün çalışan şeytanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun hiyləgərliyidir. Eyni zamanda, hiylə şeytanın insanlığa qarşı apardığı amansız mübarizədə istifadə etdiyi ən vacib yollardandır. İnsanların əsl məqsədini açıqlayaraq özünə tabe olmağa çağırsa nəticə ala bilməyəcək, müvəffəqiyyətli ola bilməyəcək. İnsanlıq tarixinin başlanğıcından bəri onlara qarşı necə böyük bir kin və düşmənlik bəslədiyini, onları özü ilə birlikdə sonsuza qədər cəhənnəm əzabına aparmaq üçün aldatmağa çalışdığını və onlara yalnız yalan danışdığını desə, əlbəttə ki, sözlərinə inanılmayacaq. Hətta ona qarşı diqqətli və ayıq-sayıq olunacaq və tələsinə düşülməyəcək. Buna görə də, şeytan insanları hiylə ilə, yalanla aldatmağa çalışır. Onlara düşmən olduğunu açıq şəkildə hiss etdirməz. Onlara açıq-aşkar "gəlin mənə tabe olun", "çirkin əxlaqlı olun", "özünüzə, ətrafınızdakı insanlara zərər verin" , "yaxşını və ya pisi seçməli olduqda həmişə pisliyə üstünlük verin" kimi təlqinlər verməyə bilər. Əslində, bu sözlər şeytanın hədəfini ümumiləşdirir. Amma o hər zaman bütün bunları yaxşılıq, gözəllik, düzgünlük kimi bəzəyərək insanlara təqdim edər. Onlara hiyləgərcəsinə yaxınlaşıb razı salar.Quranda şeytanın özünün də bunu dilə gətirdiyi, insanlara açıq-aşkar deyil, tələ quraraq yaxınlaşacağını söylədiyi belə bildirilir:
(İblis) dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən”. (Əraf surəsi, 16-17)
Şeytan insanlara doğrunu səhv, yaxşını pis, həqiqətləri isə xəyal kimi göstərə bilmək üçün müxtəlif yollara əl atır. Onları aldatmaq üçün təmtəraqlı sözlər fısıldar, etdikləri səhv işləri düzgün və cəlbedici göstərər. Eyni şəkildə, xeyirli və gözəl işləri də çirkin göstərib bunlardan imtina etdirməyə çalışar. Onlara dünya həyatı ilə bağlı yalan vədlər verər. Ən asan mövzuları belə qarışıq vəziyyətə gətirməyə, Allah`ın əmrlərini onlara çətin göstərməyə çalışar. Onları dünya mənfəətlərinin əldə edilməsi rahat, axirət mənfəətlərinin isə uzaq və xəyali olduğuna inandırmağa çalışar. İnsanları hər zaman izləyər. Həmişə zəifliklərindən istifadə edər. Onları aciz qaldıqları məsələlərdə tələyə salmağa çalışar. Hər zaman pis işləri nəsihət edər. Onların da özü kimi pis işləri mənimsəmələrini və beləcə özünə bənzəmələrini istəyər. Bütün bunları onlara heç gözləmədikləri anlarda, gözləmədikləri yollarla tələ quraraq təlqin edər.
Allah’ın adından istifadə edərək insanları aldadır
İrəli sürdüyü hər fikirin, insanların qəlbinə pıçıldadığı hər pis düşüncənin vicdanın doğrunu təlqin edən səsi ilə qarşılaşıldığını bilən şeytan bu vəziyyətə qarşı fərqli bir yol tapmışdır. Özünü və pis niyyətini gizləyə bilmək üçün bəzən insanlara verdiyi təlqinləri vicdanlarının səsi kimi göstərməyə çalışır. Allah’ın adını istifadə edərək onlara yaxınlaşır. Tərəfdarları ilə birlikdə insanları görmədikləri, fərqinə varmadıqları yerlərdən müşahidə edən şeytan onların nələrdən təsirlənəcəklərini və nələrə qarşı reaksiya verəcəklərini də bilir. İnsaların zəifliklərini, hansı fikirlərin beyinlərini qarışdıracağını bilir . Vicdanən həssaslıq göstərdikləri mövzuları, dini dəyərləri "xeyriyyə işləri" adından istifadə edərək insanları aldadır. Etdirmək istədiyi pis davranışları onlara məqbul göstərərək bəzi bəhanələr irəli sürərək onları tam əks bir əxlaqa yönəltməyə çalışır. Bu kəslər də şeytanın təlqin etdiyi bu bəhanələrdən ətraflarındakı insanlara qarşı etdikləri pis davranışları müdafiə etmək üçün səmimiyyətsizcə istifadə edirlər.İman gətirən insanların isə özlərini kafi görmələrini, etdikləri bəzi ibadətlərlə kifayətlənmələrini, özlərini bəyənib üstün görmələrini təmin edir. Onları gözəl əxlaqlı olduqlarına, əllərindən gələnin ən çoxunu etdiklərinə, güclərinin bu qədərinə çatdığına inandırır. Ürəklərinin təmiz olmasının kafi olacağını, Allah’ın qəlblərindəki yaxşı niyyətlərini kafi görüb onlardan razı olacağını düşündürərək onları səmimiyyətsizliyə aparır. Ətrafa qarşı yaxşı davranmaqlarının kafi olacağını, çoxlarından üstün bir əxlaqa sahib olduqlarını düşündürərək onları zəifliyə sövq edir. Allah, Quranda insanları şeytanın bu tələsinə qarşı belə xəbərdar etmişdir:
Ey insanlar! Həqiqətən, Allah’ın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın. Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir surəsi, 5-6)


0 0



Şərhlər (Facebook)