Azərbaycan İnformasiya Agentliyi (AİA)


“EKSPRESS BANK” BAĞLANIR: EMIN MƏMMƏDOVUN BAŞI DƏRDDƏ - "DEVALVASIYA ƏMƏLIYYATI"


“Ekspress Bank” bağlanır: Emin Məmmədov devalvasiyadan nə qədər qazandıMərkəzi Bank tərəfindən bağlanacaq banklardan biri də böyük ehtimalla “Ekspress Bank” olacaq.

Azerinews.tv bildirir ki, Ajantv-com - un əldə etdiyi məlumata görə, buna səbəb bank rəhbərliyinin Mərkəzi Bankın tələblərini yerinə yetirməməsi və rəhbərliyin öz adına böyük məbləğdə kredit götürməsidir. Belə ki, kredit verilməsini məcburən dayandıran “Ekspress Bank” rəhbərliyi on devalvasiyadan sonra itkilərini kompensasiya edə bilmir. Əsasən manatla kredit verməyə üstünlük verən “Ekspress Bank” ən çox ziyana düşən qurum olub. Bu da bankın səhmdarlarını qane etməyib.

Və bankda aparılan yoxlamalar zamanı bankın İdarə Heyətinin sədri Emin Məmmədovun dekabrın 21-indən - ikinci kəskin devalvasiyadan əvvəl özünün və yaxınlarının adına 2.5 milyon manat kredit götürdüyü məlum olub. İlkin ehtimallara görə, Emin Məmmədov bu vəsaiti dollara çevirərək, ölkədən çıxarıb.

Qeyd edək ki, Mərkəzi Bankının “BANKLARA AİDİYYATI OLAN ŞƏXSLƏRLƏ ƏMƏLİYYATLARIN APARILMASI Q A Y D A L A R I”-na əsasən banka aidiyyəti olan şəxslərə verilən kreditlərin ümumi məbləği bankın məcmu kapitalının 3%, aidiyyatı olan şəxslərin birgə kreditlərin məbləği isə 20% artıq olmalı deyil. Lakin "Express"-Bankda bu tələblərə riayyət etməyərək, böyük həcmdə manat kreditləri verib.

Bankın əsas səhmdarları olan şirkət (Azərenerji) tərəfindən enerji sahəsinə Azerenerjinin və ayrı-ayrı şirkətlərin adına ümumillikdə 130 mln. manatdan artıq kredit verilib və həmin məbləğin böyük bir hissəsi geri qaytarılmayıb.

Göstərilənlər Mərkəzi Bankının tələblərinin Emin Məmmədovun rəhbərlik etdiyi bank tərəfindən pozulmasının sübutudur.

Hazırda bankın likvidlik əmsalı həddindən artıq aşağı düşüb. Ajantvşcom-un əldə etdiyi məlumata görə, “Ekspress Bank”da maliyyə vəziyyəti o həddədir ki, əmanətlərə belə faiz verə bilmir. Mərkəzi Bankın yaxın günlərdə “Ekspress Bank”ın lisenziyasının da ləğv edəcəyi gözlənilir. Böyük ehtimalla fevralın ikinci ongünlüyündə “Ekspress Bank”la bağlı da müvafiq qərar veriləcək.

Yeri gəlmişkən, “Ekspress Bank” başqa rəqibləri ilə müqayisədə ən zəif kadr potensialına malik bank kimi də xarakterizə olunur. Bankın rəhbərliyində elə şəxslər vəzifə tutur ki, bankçılıq sahəsindən ümumiyyətlə anlayışı yoxdur.

“Ekspress Bank”la bağlı araşdırmalarımız davam edir.

Qeyd edək ki, Mərkəzi Bank 2016-cı ildə 7 bankın lisenziyasını ləğv edib - "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBCBank", "AtraBank", Qafqaz İnkişaf Bankı və "Texnika Bank"... Azerinews.tv
Qarşı tərəfidə dinləməyə hazırıq


0 0



Şərhlər (Facebook)