Azərbaycan İnformasiya Agentliyi (AİA)


Cənnət və cəhənnəm




Nəzakət Bədirova

Harasa qonaq getdikdə bir az qalıb yenə də evimizə dönürük. Bu dünya da qonaq qaldığımız evdir. 60-70 il qalıb öz doğma evimizə dönəcəyik. Orada artık ölüm yoxdur. Əbədi yaşayacağımız evə gedəcəyik, orada imtahan da olunmayacağıq.Bu dünyada müxtəlif hadisələrlə rastlaşırıq. Ölüm, aclıq, qorxu, mal-mülk və can itkisi kimi hadisələrlə imtahan olunuruq, halbuki bu imtahanın arxasında bizim üçün gözəl bir mükafat gizləndiyinin fərqində deyilik: CƏNNƏT.
Nə gözəl məkandır. Orada istədiyimiz meyvələrdən yeyəcəyik. Yerlə-göy genişliyində olan cənnətin hər hansı bir yerində istədiyimiz kimi gəzib dolaşa biləcəyik. Orada toz-duman, çirkli yer yoxdur. Cənnətin hər bir yeri tər-təmizdir. Orada həyatımızın hər anı bir sürprizlə qarşılaşacağıq. Ən gözəli də odur ki, biz orada Rəbbimiz olan Allah`ı da görəcəyik Onunla danışa biləcəyik. Cənnətin hər köşkü bir gözəllikdir. Baldan və süddən şəlalələr.. Bir sözlə insanın nəfsi nə istəyirsə hər birisi cənnətdə var və bu gözəllikləri uca Rəbbimiz bizim üçün hazırlayıb. Lakin hər insanın cənnətdə yaşaması mümkün deyil axı cəhənnəm də var. Bu dünya yaxşını pisdən ayıran məkandır.
Bir insan acmadan yemək yeyərsə onun heç bir anlamı olmaz və yaxud da hava soyuq olmasa isti paltar geyinməz . Soyuq hava olmadan biz də isti paltar geyinsək bunun da bir anlamı olmaz. Demək ki, Allah hər şeyi bir hikmətlə yaradıb. Amma insan mütləq düşünməlidir.
Cənnət də gözəl bir məkandır. Burada nə qədər gözəl həyat yaşasaq, nə qədər çətinlik çəkməsək öldükdən sonra da əgər cənnətdə yaşayası olsaq cənnətin bizim üçün heç bir anlamı olmaz . İnsanın çəkdiyi əziyyətlərin sonundakı mükafat da elə budur. Allah hər hadisənin sonunda bir rahatlıq yaradır. Bu Allah`ın bizə olan mərhəmətidir. Allah yeri insanlar üçün sərib döşəyərək hazırladı ki, biz insanlar rahat yaşayaq. Məsələn, yağış yağdıqda soyuq su kimi bizə gəlib çatır, halbuki Allah istəsəydi yağışı da isti su kimi yağdırardı. Yağış bizim həm içməyimiz üçün, həm də əkinlərimiz üçün yararlı olan ən mühüm nemətlərdən biridir.
İnsan hər gün oyandığı andan etibarən Allahın ona verdiyi nemətlərlə qarşılaşır. Nəfəs ala bilir, görə bilir, eşidə bilir, düşünə bilir, ürəyi döyünür, hüceyrələri yenilənir. Acdığı zaman yemək yeyir və ləzzət alır, özündə güc tapır, susayır, susuzluğunu yatıra bilir, danışa bilir. Bunlar Allahın insan üçün yaratdığı nemətlərdən yalnız bir neçəsidir. Nemətlərin fərqində olan insan üçün ən əhəmiyyətlisi Allahın qədrini haqqı ilə təqdir edə bilməkdir.
Qan dövranını düşündünüzmü? Bədənimizdəki qanı gün ərzində 1000 dəfə dövr etdirən dünyanın ən möhtəşəm nasos sistemi olan ürəyimiz bizim belə müdaxiləmiz olmadan bir ömür boyu fəaliyyət göstərir. Allah`ın yaratdığı, bizə verdiyi nemətləri saymaqla bitirə bilmərik. Cənnəti əldə etməyimiz də bu qədər nemət içində insanın Allah`a olan şükrü və imanıdır.
Kainatda insanın öz yaradılışından qiyamətin qopmasına qədər, göylərin yaradılmasından dənizlərin və dağların varlığına qədər hər hadisədə ehtişam və sərhədsiz güc var. Bu güc yalnız üstün ağıl sahibi olan Allaha aiddir.İnsanın yer üzündə yaradılış məqsədi yalnız Allaha qulluq etmək, Ona ibadət etmək, Onun razılığını qazanmaqdır. İnsan dünyada yaşadığı müddət boyunca bu mövzuda imtahan edilir. Allah dünyada Ona iman edənlərlə etməyənləri bir-birindən ayırmaq və iman edənlərdən də hansının daha gözəl davranacağını təyin etmək üçün insanları sınayır. Buna görə bir insanın "mən iman etdim" deməsi kifayət deyil. İnsan yaşadığı müddət boyunca Allaha olan imanı və bağlılığı, dində qətiyyətli olması, qısaca olaraq Allaha qulluğundakı səbri ilə xüsusi olaraq yaradılan şərait və mühitlərlə sınanır. Allaha qulluq etmək isə insanın bütün həyatını Allahın məmnuniyyətini, razılığını qazanmaq məqsədi ilə davam etdirməsidir. Etdiyi hər işi Allahın razı olacağı ən gözəl şəkildə yerinə yetirməyə çalışması, yalnız Allahdan qorxub çəkinməsi və bütün düşüncələrini, sözlərini, hərəkətlərini bu məqsədlə etməsidir.
Biz cənnət üçün deyil bizə bu qədər neməti bəxş edən Allah`a qovuşmaq üçün cəhd edirik ki, sonsuz məkan olan cənnətdə də Allah`a qovuşaq. Allahın sonsuz elminin, sonsuz ağlının və sonsuz gücünün dəlilləri də sonsuzdur. Kainatda hər yaradılışın dəlilləri olan saysız varlığın bir-birilə ahəngi nəticəsində meydana gələn möhtəşəm nizam var.Məsələn, nəfəs almağı düşündünüzmü?İnsan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Nəfəs almaq insanın həyati funksiyalarından biridir. Amma bunu bacara bilməsi üçün ən kiçik cəhd göstərməsinə belə ehtiyac yoxdur. Əgər nəfəs almağımız öz əlimizdə olsaydı unutduğumuzda nəfəsimiz kəsilərək ölə bilərdik.Həm xarici aləmdə, həm də bədənində lazım olan bütün nizam Allah tərəfindən yaradılmışdır. Həqiqətən də biz bu dünyada qonağıq. Gözyaşı axıtdığımız, qazanmaq üçün çırpındığımız dünyaya aid hər şeyi tezliklə itirəcəyik. Bura Rəbbimizi tanımaq, sevmək və əmr etdiyi üstün əxlaq nəticəsində sonsuzluğu qazanmaq üçün gəlmişik. Axirətdə harada olacağımızı dünyadakı seçimlərimizə görə təyin olunacaq. Bu qısa həyatda etdiklərinin məhsulu olaraq kimisi cənnəti, kimisi də cəhənnəmi əldə edəcək.


0 0



Şərhlər (Facebook)