Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hüseyn Bağırov Gəncə şəhərində vətəndaşları qəbulu edəcək


Hüseyn Bağırov Gəncə şəhərində vətəndaşları qəbulu edəcək

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 15 noyabr 2013-cü il tarixində saat 10:00-da Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında (ünvan: Gəncə şəhəri Atatürk prospekti 262) Gəncə şəhərində, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 050 313 57 44; 051 926 41 13; 022 253 04 48) xahiş olunur.

Aysu, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)