Azərbaycan İnformasiya Agentliyi (AİA)


Fatih Terim “Milan”a getməyəcək


Fatih Terim “Milan”a getməyəcək

Türkiyə Futbol Federasiyasının (TFF) millinin baş məşqçisi Fatih Terimlə müqaviləni nə zaman yeniləyəcəyi məlum olub.
Federasiyasının nümayəndəsi Ufuk Özerten millinin qarşıdakı iki hazırlıq matçından sonra bu barədə danışıqlara başlanılacağını deyib. O, həmçinin Terimin "Milan"a gedəcəyi ilə bağlı xəbərləri də təkzib edib: "Biz ondan, o da bizdən razıdır. Bir-birimizə inanırıq. Baş məşqçimiz bizi qoyub, heç bir yerə getməz. Onunla kuboklar qazanmaq üçün müqavilə imzalamışıq. TFF-nin prezidenti Yıldırım Demirören millinin Şimali İrlandiya və Belarusla oynayacağı hazırlıq matçından sonra Terimlə müzakirı aparacaq və yeni müqavilə imzalanacaq".
Qeyd edək ki, təcrübəli mütəxəssisin milli ilə müqaviləsi 2014-cü ilin may ayında bitir.

Kənan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)