Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hər gün bir alma yemək orqanizmi 17 yaş cavanlaşdırır


Hər gün bir alma yemək orqanizmi 17 yaş cavanlaşdırır

Londonun Kral Universitetinin alimləri araşdırma aparmış və müəyyən etmişlər ki, müntəzəm olaraq günə bir alma yemək sağlamlığa müsbət təsiri var və gözə çarpacaq dərəcədə orqanizmi cavanlaşdırır. Tədqiqatlarda 25-45 yaş arası qadınlar iştirak etmişlər. Onlar 6 ay ərzində hər gün bir ədəd alma yemişlər. Nəticədə almanın sağlamlıq və anti-yaşlanma təsirləri qeydə alınmışdır: iştirakçıların üz , əl, boyun dəriləri təravətlənmiş, qırışları nisbətən azalmışdır. Alimlər bildirirlər ki, qadınların səhhətlərində və görünüşlərində qeydə alınmış yaxşılaşmağın səbəbi almanın tərkibində olan , orqanizm hüceyrələrin oksidləşməsinə yardımçı olan polifenol və flavonoidlər sayəsindədir. Gündəlik alma istifadə etmək, güclü antioksidant olaraq, ürək funksiyasını yaxşılaşdırır, ürək-damar xəstəliklərinin qarşısını alır. Alimlər qeyd edirlər ki, alma qaraciyərin fəaliyyətini, həzm sistemini və bağırsaq mikroflorasını yaxşılaşdırır. Alimlər bildirirlər ki, deyilən nəticələrə gəlmək üçün , təbii ki sağlam həyat tərzi yaşamalı və qida rasionuna daha çox meyvə və əsasən də alma daxil etməlidirlər.


0 0



Şərhlər (Facebook)