Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Beşiktaş” Almeyda və Fernandesi qovur


“Beşiktaş” Almeyda və Fernandesi qovur
“Beşiktaş”da idarə heyətinin iclası keçirilib. “Qalatasaray”la oyunda meydana girən 6 klub rəsmisi işindən uzaqlaşdırılıb. Bundan başqa komandanın portuqaliyalı futbolçuları Huqo Almeyda və Manuel Fernandeslə yolların ayrılması fikri hamı tərəfindən dəstəklənib. Məsələ ondadır ki, mövsümün sonunda hər iki futbolçu ilə yollar ayrılır. Rəhbərlik isə yeni müqaviləyə əsasən Fernandesə 4.1, Almeydaya isə 2.5 milyon avro ödəmək istəmir. İdarə heyətinun buna yox cavab verməsi isə komandanın uğursuz çıxış etməsidir. Sonda isə qərara alınıb ki, hər iki oyunçu üçün yekun qərar verməyə tələsilməsin və mövsümün sonu gözlənilsin.

Kənan, "azerbaycaninfo.com"



0 0



Şərhlər (Facebook)